İNSANIN ƏNG ARTERİYASININ ANATOMİK VARİABELLİYİ

Müəlliflər

  • S.İ. Danilçenko Xerson Dövlət Universiteti
  • S.İ. Serbin Donetsk Milli Tibb Universiteti
  • S.O. Dubina Donetsk Milli Tibb Universiteti
  • S.V. Bondarenko Donetsk Milli Tibb Universiteti
  • O.V. Samoilenko Donetsk Milli Tibb Universiteti
  • N.H. Mikrіukova Donetsk Milli Tibb Universiteti
  • İ.V. Kostetski Donetsk Milli Tibb Universiteti
  • B.H. Suxiy Donetsk Milli Tibb Universiteti
  • R.L. Ustenko Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.2.025

Açar sözlər

insanın əng arteriyası, angioarxitektonika, anatomik variabellik, kraniotip

Xülasə

Məqalədə insanın əng arteriyasının mikroskopik strukturunun anatomik-morfoloji variantlarını və morfometrik xüsusiyyətlərini öyrənmək məqsədi ilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat hər iki cinsdən olan 64-77 yaş aralığında vəfat etmiş şəxslərin meyit materialları üzərində aparılmışdır. Kranial tipləri müəyyənləşdirmək, üz nahiyəsinin dərin qatlarının anatomik preparatlarını hazırlamaq, akril plastik kütlələrindən istifadə edilməklə korroziv preparatlar hazırlamaq, arteriyaların diametrini və onların seqmentlərinin dərinliyini morfometrik analiz etmək, həmçinin angioqrafik müayinə aparmaq üçün kompleks morfometrik metodlardan istifadə edilmişdir. Əng arteriyasının 4 tipi aşkar edilmişdir: S-şəkilli (34,5%), aşağıya doğru qabarmış qövsşəkilli (20,7%), düzbucaqlı (6,9%) və qarışıq formalar ayırd edilmişdir. Arteriyanın lateral səthi qanadabənzər əzələnin daxili səthində yerləşdiyi halda onun alt çənə sinirinin şaxələri ilə qarşılıqlı münasibətlərinin 6 variantı aşkar edilmişdir. Daha geniş yayılmış variant (50%) arteriyanın sinir strukturları ilə münasibətdə lateral mövqe tutması olmuşdur. Üz sinirinin yerləşməsi ilə arteriyanın mövqeyinin uyğunluğunun 3 variantı müəyyən edilmişdir: aşağı (72,4%), yuxarı (24,1%) və eyni səviyyədə (3,5%) yerləşmə; bunlar kranial tipdən asılı olaraq 0,3 sm-dən 1,6 sm-ə qədər aralıqda yerləşirlər. Bu fərq dolixosefallarda daha aydın nəzərə çarpır. İlk dəfə olaraq, təbil arteriyasının ayrılma bucağı və diametri öyrənilmişdir. Dolixosefallarda iti və kor bucağa eyni tezliklə rast gəlinmişdir; mezosefal və braxisefallarda kor bucaq üstünlük təşkil etmişdir. Arteriyanın diametri dolixosefal tiplərdən braxisefallara doğru getdikcə azalmağa meyil etmişdir. Beləliklə, insanın əng sümüyü aydın şəkildə fərdi anatomik-morfoloji variabelliyi ilə fərqlənir ki, bu da qismən kranial tiplə əlaqədardır. Arteriyanın topoqrafiyasının və morfometriyasının xüsusiyyətləri üz-çənə nahiyəsində aparılan cərrahi əməliyyatların planlaşdırılmasında böyük əhəmiyyətə malik olub, əməliyyatların təhlükəsizliyinin təmin edilməsinə və nəticələrinin proqnozlaşdırılmasına kömək edə bilər.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Danilçenko, S., Serbin, S., Dubina, S., Bondarenko, S., Samoilenko, O., Mikrіukova N., … Ustenko, R. (2026). İNSANIN ƏNG ARTERİYASININ ANATOMİK VARİABELLİYİ. Azərbaycan Tibb Jurnalı, (2), 150–156. https://doi.org/10.34921/amj.2026.2.025

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT