İNSAN PAPİLLOMA VİRUSU İLƏ İNFEKSİYALAŞMIŞ REPRODUKTİV YAŞLI QADINLARDA KOLPOSKOPİK MÜAYİNƏNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.014Açar sözlər
insan papilloma virusu infeksiyası, kolposkopiya, uşaqlıq boynu xərçəngiXülasə
Məqalədə HPV (insan papilloma virusu) infeksiyasına rast gəlinən qadınlarda kolposkopik müayinənin nəticələrinin statistik təhlilinin müqayisəsi haqqında məlumat verilmişdir. Tədqiqata Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına müraciət etmiş 18-49 yaşlı 49 qadının analizlərinin nəticələri daxil edilmişdir. Əsas qrupu təşkil edən 33 qadında yüksək riskli HPV infeksiyası aşkarlanmışdır. Kontrol qrupuna müvafiq yaşlı, HPV infeksiyası aşkarlanmayan, lakin uşaqlıq boynunun fon xəstəlikləri olan 16 praktik sağlam qadının nəticələri daxil edilmişdir. Tədqiqata daxil olan bütün qadınlar üçün vahid müayinə alqoritmi tətbiq edilmişdir. Laborator müayinələrə qanın klinik analizi, uşaqlıq yolu yaxmasının ümumi müayinəsi, yaxmada HPV-nin və onun genotiplərinin təyini (zəncirşəkilli polimeraza reaksiyası vasitəsilə), Pap smear analizi aiddir. Beləliklə, aparılan tədqiqatın nəticəsi göstərmişdir ki, yüksək riskli HPV infeksiyasının olması servikal epiteldə xərçəngönü dəyişikliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Tağıyeva, V. (2026). İNSAN PAPİLLOMA VİRUSU İLƏ İNFEKSİYALAŞMIŞ REPRODUKTİV YAŞLI QADINLARDA KOLPOSKOPİK MÜAYİNƏNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (2), 82–87. https://doi.org/10.34921/amj.2026.2.014
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


