YUMURTALIQ XƏRÇƏNGİ OLAN QADINLARIN QAN SERUMUNDA BƏZİ MARKERLƏRİN DİAQNOSTİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • V.Z. Xəlilova Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası
  • Ş.H. Bağırova Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası
  • G.İ. Kərimova Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası
  • F.İ. İslamzadə Azərbaycan Tibb Universitetinin Bioloji kimya üzrə Elmi-tədqiqat laboratoriyası
  • S.Z. Xəlilov Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası
  • G.A. Cəfərova Azərbaycan Tibb Universitetinin Bioloji kimya üzrə Elmi-tədqiqat laboratoriyası

DOI

https://doi.org/10.34921/amj.2026.2.008

Açar sözlər

yumurtalıq xərçəngi, H4, ROMA indeksi, CA125, vitamin D, maqnezium

Xülasə

Məqalədə yumurtalıq şişləri zamanı baş verən metabolik dəyişikliklərin tədqiqi, bu dəyişikliklərdə HE4, ROMA indeksi, CA125, D vitamini və maqneziumun (Mg) rolunun qiymətləndirilməsi, eləcə də biokimyəvi və immunoferment üsullarla aparılmış müayinələrin nəticələrinin müqayisəli təhlili haqqında məlumat verilmişdir. Tədqiqat işində Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında 2023-2025-ci illərdə yumurtalıq şişlərinə görə müayinə və müalicə olunmuş 48-70 yaş arasında postmenapauza dövründə olan 100 xəstə qadının qan serumunda HE4, CA-125, D vitamini və maqneziumun səviyyəsi analiz edilmişdir. Tədqiqatda göstərilmişdir ki, yumurtalığın xoşxassəli şişləri olan qadınların qanında kontrol qrupundakına nisbətən HE4 və CA125 səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır, birincili bədxassəli və metastatik şişi olan xəstələrdə isə bu artım daha yüksək olmuşdur. Xoşxassəli şişi olan qadınlarda D vitamininin səviyyəsi birincili bədxassəli və metastatik şişi olanlarda isə kontrol qrupundakına nisbətən əhəmiyyətli dərəcədə azalmışdır. Xoşxassəli şişləri olan xəstələrdə maqnezium səviyyəsi bir qədər aşağı olmuşdur. Bədxassəli və metastaz verməyən şişlərdə maqneziumun səviyyəsində azalama müşahidə edilmişdir. Metastatik şişlərdə isə maqneziumun səviyyəsi ən aşağı səviyyəyə çatmışdır. Müəlliflərin fikrincə, yumurtalıq şişlərinin diferensial diaqnostikasında HE4 və CA-125 onkomarkerləri birgə analiz edilməlidir, D vitamini və maqnezium çatışmazlığı isə bu xəstəliyin patogenezində böyük əhəmiyyət kəsb edə bilər.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Xəlilova, V., Bağırova, Ş.H., Kərimova, G., İslamzadə, F., Xəlilov, S., & Cəfərova, G. (2026). YUMURTALIQ XƏRÇƏNGİ OLAN QADINLARIN QAN SERUMUNDA BƏZİ MARKERLƏRİN DİAQNOSTİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 44–48. https://doi.org/10.34921/amj.2026.2.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR