DALAĞIN ZƏDƏLƏNMƏLƏRİNİN CƏRRAHİ MÜƏLİCƏSİNDƏN SONRA HUMORAL İMMUNİTETİN DƏYİŞİKLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.007Açar sözlər
dalaq, splenektomiya, orqanqoruyucu əməliyyatlar, humoral immunitetXülasə
Məqalədə dalağın zədələnmələrinə görə operativ müalicə edilmiş xəstələrdə humoral immunitetin vəziyyətini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 49 nəfər dalaq zədələnməsi keçirmiş pasiyent cəlb edilmişdir. 49 pasiyentdən 35 nəfərdə (I qrup) splenektomiya, 14 nəfərdə isə müxtəlif orqanqoruyucu müdaxilələr aparılmışdır. 15 nəfər praktik sağlam şəxs kontrol qrupuna daxil edilmişdir. Operativ müalicədən əvvəl və erkən postoperativ 1-3, 5-7 və 10-14-cü sutkalarda pasiyentlərin qanında immunitet göstəriciləri (CD19+, IgA, M və G), dövr edən immun komplekslərin qatılığı, komplementin ümumi qatılığı və C3 fraksiyası tədqiq edilmişdir. Aparılmış tədqiqatlar erkən postoperasion dövrdə humoral immunitetdə splenektomiyadan sonra dərin dəyişiklərin baş verdiyini göstərmişdir. Orqanqoruyucu müdaxilələr aparılmış xəstələrdə isə humoral immunitetdə meydana çıxan dəyişikliklərin dalağı çıxarılmış xəstələrlə müqayisədə daha az nəzərə çarpan olduğu müəyyən edilmişdir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Hacıyev, C., Hacıyev, N., Abdullayev, İ.Ə., Tarverdiyev, M., & Qasımova, Ş.X. (2026). DALAĞIN ZƏDƏLƏNMƏLƏRİNİN CƏRRAHİ MÜƏLİCƏSİNDƏN SONRA HUMORAL İMMUNİTETİN DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 38–43. https://doi.org/10.34921/amj.2026.2.007
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


