YAYILMIŞ İRİNLİ PERİTONİTİN MÜALİCƏSİNDƏ EFFERENT- VƏ ENZİM-TERAPİYANIN ƏHƏMİYYƏTİ

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2021.3.012

Açar sözlər

peritonit, müalicə, efferent-terapiya, enzim-terapiya

Xülasə

Məqalədə yayılmış irinli peritonitin efferent və enzim terapiyası ilə aparılan müalicəsinin nəticələrinin patogenetik dəyişikliklərində sitokin və antimikrob peptidlərin rolunu öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Əsas qrupu təşkil edən 97 xəstə aparılan müalicə prinsiplərinə görə 3 qrupa bölünmüşdur. I qrupu klassik müalicə alan 32 xəstə, II qrupu klassik müalicə ilə yanaşı plazmaferez  tətbiq edilmiş 32 xəstə, III qrupu isə II qrupda tətbiq edilənlərə əlavə olaraq krioferez, ultrabənövşəyi ekstrakorporal və damardaxili, infraqırmızı ekstra­­korporal, lazer şüalanması – damardaxili və enzim-terapiya tətbiq olunan 33 xəstə təşkil et­miş­dir. Kontrol qrupunu isə 16 sağlam şəxs təşkil etmişdir. Xəstələrə klassik müalicə və plaz­mafe­rezlə yanaşı krioferez, qanın ekstrakorporal, həm də damardaxili ultrabənövşəyi, ekstrakorporal infraqırmızı və damardaxili lazerlə şüalandırılması  aparılmış, venadaxili autoplazma, antibiotik (Polsipro) və immunokorrektor (Ronkoleykin ril2, İmmunofan, Cernevit) yeridilmişdir.

III qrupdakı xəsətələrə cərrahi əməliyyat zamanı xəstənin nazik bağırsaq ilgəyində saxlanılan transnazal enteral qidalandırma zondu vasitəsilə 15 həb vobenzim əzilərək kolloid nişastası ilə qa­rış­­dırılıb bağırsaq mənfəzinə yeridilmişdir. Müalicənin nəticələri xəstələrin qanında sitokin və anti­mikrob  peptidlərin qanda səviyyəsinin dəyişməsinə əsasən qiymətləndirmişdir. Kompleks müalicə təd­birləri aparılan qrupda 92% (p<0,05) xəstədə müsbət nəticələr göstərmiş, xəstələrin vəziyyəti erkən sabitləşmiş və sürətli sağalma müşahidə olunmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Məmmədova , E. (2021). YAYILMIŞ İRİNLİ PERİTONİTİN MÜALİCƏSİNDƏ EFFERENT- VƏ ENZİM-TERAPİYANIN ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (3), 87–92. https://doi.org/10.34921/amj.2021.3.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR