MÜXTƏLİF ETİOLOGİYALI XRONİK PERSİSTENSİYA EDƏN İNFEKSİYALARIN MÖVCUDLUĞUNDA KƏSKİN B HEPATİTİNİN KLİNİK GEDİŞ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.004Açar sözlər
kəskin və xronik B virus hepatitləri, qram-müsbət və qram-mənfi bakteriyalar, Candida infeksiyalarıXülasə
Məqalədə yüngül və orta ağırlıqlı kəskin B virus hepatiti (HBV) ilə xəstə olan 132 pasiyentin müayinəsinin nəticələri təqdim edilmişdir. Onlardan 79 nəfərdə xronik persistensiyaedici infeksiyalar aşkar edilmiş və bu infeksiyaların kəskin HBV xəstəliyinin gedişinə və proqnozuna əhəmiyyətli təsir göstərdiyi müəyyən olunmuşdur. Yüngül formalı HBV xəstələrdə yanaşı olaraq qram-müsbət bakteriyalar (73,7%), orta ağır formada isə daha çox qram-mənfi bakteriyalar və Candida spp. aşkar edilmişdir. Xəstəlikdən 6-8 ay sonra kəskin HBV infeksiyasının xronikləşmə tezliyi 9,1% təşkil etmiş, xronikiləşmə isə qram-müsbət mikrobiota fonunda inkişaf etmiş yüngül formalı HBV olan pasiyentlərdə müşahidə edilmişdir. Əldə edilən nəticələr göstərir ki, premorbid vəziyyət kəskin B virus hepatitinin klinik gedişinə əhəmiyyətli təsir göstərir: qram-mənfi bakteriyaların və Candida cinsinə aid göbələklərin törətdiyi lokal infeksiyalar daha ağır klinik gedişlə, lakin qram-müsbət infeksiya ilə müqayisədə daha az xronikləşmə ilə müşayiət olunur.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Əliyeva, G., Qədirova, H., Hacıyeva, S., Vəkilova, G., Allahverdiyeva, A., & Cavadzadə, V. (2026). MÜXTƏLİF ETİOLOGİYALI XRONİK PERSİSTENSİYA EDƏN İNFEKSİYALARIN MÖVCUDLUĞUNDA KƏSKİN B HEPATİTİNİN KLİNİK GEDİŞ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 22–26. https://doi.org/10.34921/amj.2026.2.004
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


