KƏSKİN PANKREATİTİN PATOGENEZİNİN MÜASİR ASPEKTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.028Açar sözlər
kəskin pankreatit, eksperimental model, mikrosirkulyasiya pozulmalarıXülasə
Məqalədə kəskin pankreatitin patogenetik mexanizmlərini öyrənmək məqsədilə aparılmış eksperimental tədqiqatın nəticələri təqdim edilmişdir. Eksperimental tədqiqat “Şinşilla” cinsindən olan 48 dovşan üzərində müəlliflər tərəfindən işlənilib hazırlanmış kəskin pankreatitin yeni eksperimental modeli tətbiq edilməklə aparılmışdır). Yeni eksperimental modelin yaradılmasında dovşanların hər 100 qr çəkisinə 5-10 mq olmaqla öd və xloroformdan (2:1 nisbətində) ibarət olan xüsusi qarışıqdan istifadə edilmişdir. Dovşanların mədəaltı vəzisinin müxtəlif nahiyələrinə bu qarışıqdan 0,3-0,5 ml nazik iynəli şprislə 1-3 mm dərinlikdə yeridilmişdir. Öd mədəaltı vəzinin toxumasında iltihab, xloroform isə nekroz yaradaraq pankreatitin qarışıq formasının alınmasına imkan vermişdir. Morfoloji tədqiqat göstərmişdir ki, mədəaltı vəzi fermentlərinin onun parenximasında və axacaq sistemində aktivləşməsi yalnız alterasiyaya şərait yaradır. Kəskin pankreatitin inkişafının patogenezində aparıcı amil isə orqandaxili mikrosirkulyasiyanın pozulmalarıdır. Artıq xəstəliyin 3-cü günü orqandaxili mikrohemosirkulyasiya tam blokadaya (trombla tıxanma) uğrayır. Eyni zamanda buna paralel olaraq mikrolimfasirkulyator şəbəkənin drenaj və transport funksiyası artır. Bu fakt kəskin pankreatit zamanı konservativ müalicənin standart yolla (venadaxili, əzələdaxili) aparılmasının effektsizliyini izah edir və bu xəstələrdə iltihab və destruksiya ocağına dərman maddələrinin çatdırılması üçün daha səmərəli yolun, yəni endolimfatik yolun tətbiqini əsaslandırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


