2-Cİ TİP ŞƏKƏRLİ DİABETLİ YAŞLI VƏ QOCA PASİYENTLƏRDƏ KOMORBİD XƏSTƏLİKLƏRİN AŞKAREDİLMƏ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN HƏYAT KEYFİYYƏTİNƏ TƏSİRİ

Müəlliflər

  • R.Ə. Çobanov Azərbaycan Tibb Universiteti
  • Y.H. Hacıyeva Azərbaycan Tibb Universiteti
  • Ş.B. Bağırova Azərbaycan Tibb Universiteti
  • N.İ. Mirişov Azərbaycan Tibb Universiteti
  • N.V. Əhmədova Bakı şəhər Gerontoloji Mərkəzi

DOI

https://doi.org/10.34921/amj.2026.1.022

Açar sözlər

2-ci tip şəkərli diabet, komorbidlik, ahıl yaş dövrü, qocaliq, həyat keyfiyyəti, SF-36 sorğu vərəqi

Xülasə

Məqalədə 2-ci tip şəkərli diabeti olan yaşlı və qoca yaş qrupuna aid pasiyentlərdə komorbid xəstəliklərin strukturunun təsviri, həmçinin həyat keyfiyyəti göstəricilərinin paylanmasının təhlili təqdim edilmişdir. Retrospektiv tədqiqat 2-ci tip şəkərli diabet diaqnozu qoyulmuş 361 pasiyentin tibbi kartının təhlili əsasında aparılmışdır. Həyat keyfiyyətinin qiymətləndirilməsi SF-36 sorğu vərəqi vasitəsilə həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, yaşlı və qoca pasiyentlərdə 2-ci tip şəkərli diabet izolyasiya olunmuş şəkildə baş vermir və çoxsaylı yanaşı xəstəliklərlə müşayiət olunur. Yaş artdıqca komorbid vəziyyətlərin sayı da artır, bu da həyat keyfiyyəti göstəricilərinin azalması ilə müşayiət edilir. Cinsiyyət amili nəzərə alınmaqla aparılmış təhlil göstərmişdir ki, kişilər və qadınlar arasında yanaşı xəstəliklərin əksəriyyətinin yayılma göstəriciləri oxşardır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Çobanov, R., Hacıyeva, Y., Bağırova, Ş.B., Mirişov, N., & Əhmədova, N. (2026). 2-Cİ TİP ŞƏKƏRLİ DİABETLİ YAŞLI VƏ QOCA PASİYENTLƏRDƏ KOMORBİD XƏSTƏLİKLƏRİN AŞKAREDİLMƏ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN HƏYAT KEYFİYYƏTİNƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (1), 124–128. https://doi.org/10.34921/amj.2026.1.022

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ