ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ STEATOTİK QARACİYƏR XƏSTƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ GÖRÜNTÜLƏMƏ ÜSULLARININ ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.019Açar sözlər
qaraciyərin qeyri-alkohol mənşəli piylənməsi, şəkərli diabet, diaqnostika, ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiyası, eninə dalğalı elastoqrafiyaXülasə
Məqalədə qeyri-alkohol mənşəli qaraciyər piylənməsi və şəkərli diabet xəstəliyi olan pasiyentlərin diaqnostikasında ultrasəs müayinəsi (USM), eninə dalğalı elastoqrafiya (EDE) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinə metodlarının istifadə imkanlarını öyrənmək və bir-birilə müqayisə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata ümumiliklə şəkərli diabet (ŞD) xəstəliyi və qeyri-alkohol mənşəli qaraciyər piylənməsi (QQAP) olan 144 pasiyent cəlb edilmişdir, QQAP olmayan 46 nəfər isə kontrol qrupu təşkil etmişdir. Aparılan təhlillər göstərmişdir ki, yüngül (S1), orta (S2) və ağır (S3) dərəcəli steatozun aşkarlanmasında MRT müayinə üsulunun həssaslığı (98,3%)və spesifikliyi (93,3%), digər müyahinə metodlarından daha yüksəkdir, pozitiv və neqativ proqnostik dəyərləri isə müvafiq olaraq 98,3% və 93,3%-dir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


