DÜZ BAĞIRSAĞIN TOTAL SALLANMASININ CƏRRAHLIĞINDA ALTMEYER PROSEDURU

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2021.3.006

Açar sözlər

düz bağırsağın sallanması, Altmeyer proseduru, fekal inkontinensiya

Xülasə

Məqalədə düz bağırsağın bütün qatlarının sallanması olan xəstələrdə Altmeyer prosedurunun yerini və əhəmiyyətini qiymətləndirilmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə düz bağırsağın bütün qatlarının (total) sallanmasına görə cərrahi müalicə olunmuş 41 xəstə üzərində prospektiv tədqiqat aparılmışdır. Əməliyyatdan sonrakı cərrahi və ümu­mi terapevtik ağırlaşmalara 11 xəstədə (26,8%) rast gəlinmişdir. Yerli ağırlaşmalar (24,4%) üstün­lük təşkil etmişdir. Təkrar cərrahi əməliyyat tələb edən ağırlaşmalar müşahidə edilməmişdir. Wexner şkalasına görə qəbizlik və inkontinensiya dərəcəsi müvafiq olaraq 2 dəfədən çox və demək olar ki, 1,5 dəfəyə qədər azalmışdır. 2 xəstədə (5,9%) residiv inkişaf etmiş, letal nəticə olmamışdır. Düz bağırsağın bütün qatlarının 5,5 sm-dən çox üzunluqda sallanması hadisələrində xəstələrin cinsiyyətindən, yaşından və xəstəlik müddətindən asılı olmayaraq yüksək funksional nəticələri, post­operasion ağırlaşmaların ağırlığının və tezliyinin, residiv başvermə tezlyinin aşağı göstəricilərinə görə ekstraabdominal (perineal) Altmeyer prosedurunun aparılması tövsiyə olunur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

İmanova , S., Zeynalov , B., & Bayramov, . N. (2021). DÜZ BAĞIRSAĞIN TOTAL SALLANMASININ CƏRRAHLIĞINDA ALTMEYER PROSEDURU. Azərbaycan Tibb Jurnalı, (3), 45–51. https://doi.org/10.34921/amj.2021.3.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR