İNSULTLA ASSOSİASİYA EDƏN PNEVMONİYA: MİKROBİOLOJİ ƏLAMƏTLƏR ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏ ETİOTROP MÜALİCƏNİN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • R.C. Mustafayev Rusiya Federal Tibbi-Bioloji Agentliyinin O.K.Skobelkin ad. Elmi-Tədqiqat Lazer Təbabəti Mərkəzi
  • U.Q. Xanaxmedova V.V.Vinoqradov ad. Klinik xəstəxana
  • İ.L. Denisov Moskva şəhəri Səhiyyə Departamentinin 2 №-li Müharibə veteranları xəstəxanası
  • V.A. Derbenev O.K.Skobelkin ad. Lazer Təbabəti Mərkəzi

DOI

https://doi.org/10.34921/amj.2025.4.008

Açar sözlər

beyin insultu, insultla assosiasi edən pnevmoniya, göy irin çöpləri, qızılı stafilokok, antibiotiklərə rezistentlik

Xülasə

Məqalədə insultla assosiasiya edən pnevmoniyanın (İAP) gedişini və etioloji amillərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 4 il (2022-2025-ci illər) ərzində müalicə almış 58 xəstə üzərində tədqiqat aparılmışdır. Həmin müddət ərzində insulta görə hospitalizasiya edilmiş 120 xəstədən 58 nəfərə (48,4%) İAP diaqnozu qoyulmuşdur. Pasiyentlərin yaşı 28-dən 85-ə qədər, onlardan 35 nəfəri (60,3%) kişi, 23 nəfəri (39,7%) qadın cinsinə mənsub olmuşdur. 40 xəstədə (69%) pnevmoniya hospitalizasiyadan sonrakı 48 saat ərzində, 18 xəstədə (31%) 48 saat sonra inkişaf etmişdir. Bütün xəstələrdən alınmış bəlğəm mikrobioloji analiz edilmişdir. Pasiyentlərdə pnevmoniyanın etioloji amili kimi daha çox Pseudomonas aeruginosa (göy irin çöpləri) və Stafilococcus aureus (qızılı stafilokok) aşkar edilmişdir, onlardan bir qədər az sayda Klebsiella pneumonia-ya ve patogen göbələkciklərə rast gəlinmişdir, Pasientlərdən 11 nəfər (19%) stasionarda olduğu müddətdə vəfat etmişdir. Pasientlərdə döş qəfəsinin rentgenoqrafiyasının və traxeal aspiratın tədqiqinin müsbət nəticələri onların xəstəxanada qalma müddətinin uzunluğunun əsas prediktorları olmuşdur. Müəlliflərin fikrincə, İAP-in inkişafı stasionar müalicə müddətinin uzanmasının müstəqil prediktoru hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Mustafayev, R., Xanaxmedova, U., Denisov, İ.L., & Derbenev, V. (2025). İNSULTLA ASSOSİASİYA EDƏN PNEVMONİYA: MİKROBİOLOJİ ƏLAMƏTLƏR ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏ ETİOTROP MÜALİCƏNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 48–53. https://doi.org/10.34921/amj.2025.4.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR