AĞIRLAŞMIŞ QARACİYƏR EXİNOKOKKOZUNUN CƏRRAHİ MÜALİCƏSİNDƏN SONRA İMMUNOMODULYATOR TƏTBİQİNİN ƏHƏMİYYƏTİ

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2025.4.001

Açar sözlər

qaraciyər exinokokkozu, İmunofan, biokimyəvi müayinə, immunoloji müayinə, sitokinlər, immunqloubulinlər

Xülasə

Məqalədə ağırlaşmış qaraciyər exinokokkozuna görə operativ müalicə edilmiş xəstələrin postoperasion müalicə kompleksinə immunomodulyator əlavə edilməsi fonunda immun və biokimyəvi göstəricilərin dəyişməsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata ağırlaşmış exinokokkozu olan 42 xəstə (28 xəstə əsas qrup, 14 xəstə müqayisə qrupu) və 14 nəfər praktik sağlam şəxs daxil edilmişdir. Exinokkektomiya əməliyyatından sonra əsas qrup pasiyentlərin müalicə kompleksinə imunofan preparatı əlavə edilmişdir. Əməliyyatdan əvvəl və sonra biokimyəvi və immunoloji müayinələr aparılmışdır. Tədqiqat göstərmişdir ki, operativ müalicədən sonrakı dövrdə pasiyentlərin həm biokimyəvi, həm də immunoloji göstəricilərində dinamik dəyişikliklər baş vermişdir və bu dəyişikliklər immunofan preparatı almış pasiyentlər qrupunda daha aydın şəkildə nəzərə çarpır. Müəlliflər tədqiqatın nəticələrinə əsaslanaraq ağırlaşmış qaraciyər exinokokkozu olan pasientlərə əməliyyatdan sonra kompleks müalicəyə 7-10 gün ərzində əzələ daxilinə immunofan preparat (gündə 1 ml – 45 mkq) yeridilməsini tövsiyə edirlər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Abbasəliyeva, P., & Abbasəliyev, R. (2025). AĞIRLAŞMIŞ QARACİYƏR EXİNOKOKKOZUNUN CƏRRAHİ MÜALİCƏSİNDƏN SONRA İMMUNOMODULYATOR TƏTBİQİNİN ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (4), 5–10. https://doi.org/10.34921/amj.2025.4.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR