SEPTİK PERİTONİT FONUNDA AĞ SİÇOVULLARIN BÖYÜK PİYLİYİNİN TƏDQİQİ ÜSULU

Müəlliflər

  • O.S. Maksimenko Poltava Dövlət Tibb Universiteti
  • Yu.P. Kostilenko Poltava Dövlət Tibb Universiteti
  • R.L. Ustenko Poltava Dövlət Tibb Universiteti
  • N.L. Svintsitska Poltava Dövlət Tibb Universiteti
  • Ya.O. Brovarnik Poltava Dövlət Tibb Universiteti
  • I.L. Fedorçenko Poltava Dövlət Tibb Universiteti
  • Ya.A. Tarasenko Poltava Dövlət Tibb Universiteti
  • A.V. Pilyugin Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.28

Açar sözlər

böyük piylik, kor bağırsaq, selikli qişa, septik peritonit, eksperimental modelləşdirilmə

Xülasə

Məqalədə ağ siçovullarda septik peritonit modeli yaratmaq üsulunun hazırlanması və iltihab ocağında böyük piyliyin reaktiv dəyişikliklərini tədqiq etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat işi kütləsi 276±6,56 q olan 15 baş cinsi yetişkənliyə çatmış ağ siçovul üzərində aparılmışdır. Septik peritonut modeli bu üsulla yaradılmışdır: steril şəraitdə efir narkozu altında heyvanların qarın boşluğu orta-orta kəsik üzrə 2-3 sm ölçüdə açılmış, kor bağırsağın zirvə hissəsi yara üzərinə gətirilərək onun ön divarı G16 ölçülü inyeksiya iynəsi vasitəsilə perforasiya edilmişdir. Alınmış bağırsaq möhtəviyyatı salfet vasitəsilə silinmişdir. Bundan sonra kor bağırsaq yenidən qarın boşluğuna daxil edilmiş, laparotomik yaraya kapron sapla (N20) tikiş qoyulmuşdur. Tədqiqat göstərmişdir ki, ağ siçovullarda septik peritonit fonunda böyük piyliyi tədqiq etmək üçün təklif edilmiş üsuldan istifadə edildikdə peritonun septik iltihabının yaranmasına şərait yaradılmalıdır. Təklif edilən eksperimental üsul sadə, standartlaşdırılmış, tez müddətdə və asan başa gələn olub, müvafiq tədqiqatlar zamanı istifadə edilməyə yararlıdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Maksimenko, O., Kostilenko, Y., Ustenko, R., Svintsitska, N., Brovarnik, Y., Fedorçenko, I., … Pilyugin, A. (2025). SEPTİK PERİTONİT FONUNDA AĞ SİÇOVULLARIN BÖYÜK PİYLİYİNİN TƏDQİQİ ÜSULU. Azərbaycan Tibb Jurnalı, (3), 167–172. https://doi.org/10.34921/amj.2025.3.28

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT