NORMAL HALDA VƏ ÖD YOLLARININ ANADANGƏLMƏ ATREZİYASI ZAMANI ÖD AXACAQLARININ VƏ ONLARIN LİMFOİD STRUKTURLARININ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.26Açar sözlər
qaraciyərdaxili öd yolları, limfoid düyüncüklər, diffuz limfoid toxumaXülasə
Məqalədə insanın bətndənkənar inkişafının müxtəlif yaş dövrlərində normada və öd yollarının anadangəlmə atreziyası zamanı qaraciyərin, qaraciyərdaxili və qaraciyərdənkənar öd axacaqlarının və onların limfoid strukturlarının morfoloji və morfometrik xüsusiyyətlərini müəyyən etmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri haqqında məlumat təqdim edilmişdir. Tədqiqatda insanın bətndənkənar inkişafının müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 140 meyitdən götürülmüş qaraciyər, qaraciyərdaxili, qaraciyərdənkənar öd axacaqlarının mikroskopik preparatları hematoksilin-eozinlə, metilen abısı ilə və Van Gizon üsulu ilə boyadıldıqdan sonra «Topica TP1002DS» (Almanya) işıq-optik mikroskopu altında öyrənilmiş, onların yarımnazik (0,5-1,0 μm) və ultranazik (70-100 nm) kəsikləri JEM-1400 (Jeol, Japan) transmission elektron mikroskopunda tədqiq edilmişdir. Əlavə olaraq patoloji-anatomik müayinələr zamanı öd yollarının anadangəlmə atreziyası aşkar edilən yenidoğulmuşların meyitlərindən alınmış preparatlar eyni metodlarla tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, qaraciyərdənkənar öd axacaqlarında limfoid düyüncüklər, diffuz limfoid toxuma və epiteldaxili limfositlər aşkar edildiyi halda, qaraciyərdaxili öd axacaqlarında limfoid düyüncüklərə rast gəlinmir. İstər qaraciyərdənkənar, istərsə də qaraciyərdaxili öd axacaqlarının limfoid strukturlarının morfometrik göstəriciləri erkən uşaqlıq yaş dövründə maksimal həddə çatır, sonrakı yaş dövrlərində isə onların qiyməti azalır. Öd axacaqlarının limfoid strukturlarında müxtəlifölçülü limfositlərə, makrofaqlara, plazmasitlərə, eozinofillərə, mitoz bölünən və degenerativ hüceyrələrə rast gəlinir, limfoid törəmələrin tərkibində kiçikölçülü limfositlər üstünlük təşkil edir. Öd axacaqlarının anadangəlmə atreziyası zamanı onlarda epiteldaxili limfositlər aşkar edilmir. Limfoid strukturların ölçüsü və sayı azalır, degenerativ dəyişilmiş hüceyrələrin sayı artır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


