KLEBSİELLA PNEVMONİAE-NİN XARİCİ KEYFİYYƏT QİYMƏTLƏNDİRİLMƏSİ PANELİNƏ QARŞI DAVAMLILIĞININ TƏDQİQİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.17Açar sözlər
mikroorqanizmlərin stabillik xassəsi, xarici keyfiyyət qiymətləndirilməsi, antimikrob preparatlarXülasə
Məqalədə K.pneumaniae-nin xarici keyfiyyət qiymətləndirilməsi panelinə qarşı həssaslığını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. K.Pnevmoniae ştamlarının antimikrob preparatlarına qarşı sabitliyinin təyini məqsədilə bu mikroorqanizmin 40 ştammı və E.coli (NСTС 12241) ştammı tədqiq edilmişdir. Ştamların həssaslığının sabitliyi BDPhoenix bakterioloji analizatorunda seriyalar üzrə durulaşdırma metodu ilə öyrənilmişdir. Tədqiqatın gedişində hər bir bakteriya ştammı liofil qurudulmadan əvvəl 5 dəfə (1 ay, 2 ay, 3 ay, 6 ay və 1 illik müddətdə) və liofilizasiyadan 3 və 6 ay sonra araşdırılmışdır. Mikroorqanizmlərin həssaslıq və stabilliyinin analizi göstərmişdir ki, orta göstəricilər üzrə stabilliyin ən yüksək səviyyəsi ampisillinə (AMP-10), piperasillin-tazobaktama və gentamisinə qarşı olmuşdur. K.pnevmoniaе ştamlarının antimikrob preparatlarına qarşı resistentliyinin analizində isə 8 preparata qarşı yüksək müqavimət müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


