β-TALASEMİYALI UŞAQLARDA QARACİYƏR ELASTOQRAFİYASININ DİAQNOSTİK ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.15Açar sözlər
β-talassemiya, fibroz, elastoqrafiyaXülasə
Məqalədə β-talassemiyalı uşaqlarda qaraciyər fibrozunun erkən diaqnostikası üçün ultrasəs elastoqrafiyasının klinik dəyərini araşdıran tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqatda β-talassemiya diaqnozu təsdiqlənmiş, 6-18 yaş arası 50 pasiyent və 20 sağlam həmyaşıd (kontrol qrupu) iştirak etmişdir. Elastoqrafiya FUJIFILM Arietta 750 aparatı ilə aparılmışdır. Talassemiyalı pasiyentlərdə qaraciyərin orta sərtliyi 10,5±2,3 kPa olmuş, bu göstərici kontrol qrupundan (5,2±1,1 kPa; p<0,001) əhəmiyyətli dərəcədə yüksəkdir və METAVIR şkalası üzrə F2–F3 mərhələlərinə uyğun gəlir. Əsas qrupun 72 %-ində fibroz əlamətləri (≥ 9 kPa) aşkarlanmışdır. Fibroz dərəcəsi ferritin səviyyəsi (r=0,68; p<0,001), son bir ildə qanköçürmə tezliyi (r=0,55; p<0,01) və xəstəliyin müddəti ilə müsbət korrelyasiya etmiş, həmçinin hepatomeqaliya və splenomeqaliya ilə əlaqəli olmuşdur. Aşağı hemoglobin səviyyəsi transfuzion yükün artması və fibrozun proqressiyası ilə müşayiət olunmuşdur. Nəticələr göstərir ki, ultrasəs elastoqrafiyası β-talassemiyalı uşaqlarda qaraciyər fibrozunun erkən diaqnostikası və monitorinqi üçün etibarlı, təhlükəsiz və təkrarlana bilən qeyri-invaziv üsuldur; bu metod biopsiyaya olan ehtiyacı azaldır və dəmir yüklənməsi ilə əlaqədar ağırlaşmaların riskini vaxtında qiymətləndirməyə imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


