İKİNCİ TİP ŞƏKƏRLİ DİABETİN FARMAKOTERAPİYASINDA ÖZÜNÜİDARƏETMƏ TƏLİMİNİN VƏ TELETƏBABƏT ƏLAQƏLƏRİNİN ROLU

Müəlliflər

  • F.F. Hacıyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.14

Açar sözlər

2-ci tip şəkərli diabet, özünənəzarət təlimi, teletəbabət, metformin, insulin sekresiyasının stimulyatorları, inkretinlər, HbA1c

Xülasə

Məqalədə 2-ci tip şəkərli diabet (ŞD2) və arterial hipertenziyası olan pasiyentlərdə teletəbabət vasitəsilə özünə nəzarət təliminin əhəmiyyətinin və həkim-pasiyent qarşılıqlı əlaqələrinin effektivliyini, qlikemik nəzarət və dərman müalicəsi strategiyalarını qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata hipertoniya ilə ağırlaşmış 115 ŞD2-li xəstə cəlb edilmişdir. Pasiyentlər 2 qrupa bölünmüşdür. Əsas qrupa (I qrup) 3 il ərzində özünənəzarət təlimi və telekonsultasiya alanlar və kontrol qrupuna II qrup (ənənəvi) tibbi yardımla təmin olunan pasiyentlər daxil edilmişdir. Aparılan təlim nəticəsində bu qrupda metformin istifadəsi 65,6%-dən 88,5%-ə (p<0,001), inkretin istifadəsi isə 9,8%-dən 41,0%-ə qədər (p<0,001) artmışdır. İnsulin sekresiyasının stimulyatorlarının (sekretaqoqların) istifadəsi azalmışdır, lakin bu azalma statistik baxımdan əhəmiyyətli olmamışdır. Qanda qlikozilləşmiş hemoqlobin (HbA1c) əsas qrupda 8,80%-dən 6,68%-ə, kontrol qrupunda isə 8,88%-dən 8,21%-ə qədər azalmışdır. Hər iki halda dəyişiklik statistik etibarlı (p<0,001) olmuşdur. Bu nəticələr müasir müalicə yanaşmalarının tətbiqinin artdığını göstərir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Hacıyeva, F. (2025). İKİNCİ TİP ŞƏKƏRLİ DİABETİN FARMAKOTERAPİYASINDA ÖZÜNÜİDARƏETMƏ TƏLİMİNİN VƏ TELETƏBABƏT ƏLAQƏLƏRİNİN ROLU. Azərbaycan Tibb Jurnalı, (3), 79–84. https://doi.org/10.34921/amj.2025.3.14

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR