OSTEOPOROTİK SINIĞI OLAN XƏSTƏLƏRİN QANINDA HOMOSİSTEİNİN VƏ DİGƏR SÜMÜK METABOLİZMİ GÖSTƏRİCİLƏRİNİN SƏVİYYƏSİ

Müəlliflər

  • N.A. Həsənova Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası
  • G.İ. Əzizova Azərbaycan Tibb Universiteti
  • F.İ. İslamzadə Azərbaycan Tibb Universiteti
  • İ.C. Şahverdiyeva Azərbaycan Tibb Universiteti
  • N.Ç. Həsənzadə Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.02

Açar sözlər

osteoporoz, osteoporotik sınıqlar, homosistein

Xülasə

Məqalədə osteoporoz və osteoporotik sınıqları olan şəxslərdə sümük metabolizminin göstəricilərinin və homositeinin səviyyəsinin dəyişmələrini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Yaş həddi 45-86 olan 128 nəfərin qan nümunəsində 3 mərhələdə: müalicədən əvvəl, müalicənin 10-cu günündə və müalicədən 1 ay sonra göstəricilərin səviyyəsi təyini edilmişdir. Diaqnostika məqsədilə əlavə olaraq qan serumunda kalsium və D vitamini səviyyələri təyin edilmişdir. 1ay sonra homosisteinin səviyyəsi müalicədən əvvəlki nəticələrlə müqayisədə 45-60 yaş hədlərində olan osteoporozlu xəstələrdə 66,0% (pW=0,500) artıb, 60 yaşdan yuxarı olan xəstələrdə (pW=0,441) isə əksinə əhəmiyyətli dərəcədə dəyişməmişdir. Müəlliflərin fikrincə, osteoporozu olmayan, lakin sınıqları olan 45-60 yaşlı xəstələrdə 55,4% (pW=0,005), 60 yaşdan yuxarı olan xəstələrdə isə 27,7% (pW=0,138), osteoporotik sınıqları olan 45-60 yaşlı xəstələrdə 51,5% (pW=0,069), 60 yaşdan yuxarı olan xəstələrdə isə 54,9% (pW=0,001) azalmışdır. Homosisteinin səviyyəsinin dəyişmələrini izləmək sınıq riskini daha öncədən proqnozlaşdırmağa, təkrari sınıqların qarşısını almağa və daha uyğun müalicə metodlarının təyininə kömək ola bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Həsənova, N., Əzizova, G., İslamzadə, F., Şahverdiyeva, İ.C., & Həsənzadə, N. (2025). OSTEOPOROTİK SINIĞI OLAN XƏSTƏLƏRİN QANINDA HOMOSİSTEİNİN VƏ DİGƏR SÜMÜK METABOLİZMİ GÖSTƏRİCİLƏRİNİN SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 11–16. https://doi.org/10.34921/amj.2025.3.02

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR