DİABETİK OSTEOPATİYANIN QANDA VƏ LİMFADA TƏYİN OLUNAN BƏZİ MARKERLƏRİNİN KORREKSİYASI
DOI
https://doi.org/10.34921/amj.2025.2.028Açar sözlər
şəkərli diabet (ŞD), limfa, osteokalsin, D vitaminiXülasə
Məqalədə dovşanlarda alloksan vasitəsilə modelləşdirilmiş şəkərli diabet zamanı sümük toxuması metabolizminin markerlərinin səviyyəsinin dəyişmələri və bu dəyişikliklərə və D vitamininin təsiri haqqında məlumat verilmişdir. Eksperimental tədqiqatlar hər iki cinsə aid olan 21 baş dovşan üzərində aparılmışdır. Tədqiqatda istifadə edilmiş dövşanlar 3 qrupa bölünmüşdür. Kontrol qrupuna 5 və 2 təcrübə qrupundan hər birinə 8 dövşan daxil edilmişdir. Dovşanlarda alloksan inyeksiyasından 5 gün sonra diabetik simptomlar aşkarlanmışdır. Analiz üçün qan ürək boşluğundan, limfa isə döş limfa axacağından alınmışdır. Əməliyyat anesteziya altında aparılmışdır. Həm kontrol, həm də təcrübə qruplarında olan dovşanlardan qan və limfa alınmış və sümük toxuması metabolizminin markerləri (osteokalsin, kalsium, fosfor) və D vitamininin səviyyəsi, eləcədə limfanın axın sürəti (LAS) öyrənilmişdir. Öyrənilən göstəricilər ikinci tədqiqat qrupuna daxil edilmiş 8 dovşanda alloksan yeritdikdən və III qrupda ŞD-li dovşanlara gündə 1000-5000 BV (2-10 damcı) per os D vitamini daxil edildikdən sonra 5-ci, 15-ci və 30-cu gün təyin edilmişdir. ŞD-li heyvanların müalicəsində D vitamininin istifadə edilməsi qan və limfada tədqiq edilən göstəricilərə, həmçinin toxumaların limfadrenaj xassəsinin normallaşmasına müsbət təsir göstərmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


