DİABETİK ANGİOPATİYALARIN ULTRASƏS DOPLEROQRAFİYASI İLƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • G.S. Əliyeva Azərbaycan Tibb Universiteti
  • C.T. Əliyeva Azərbaycan Tibb Universiteti
  • A.T. Bədəlova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.026

Açar sözlər

şəkərli diabet, ultrasəs doplerqrafiyası, urokinaza, boymadərən

Xülasə

Məqalədə şəkərli diabet zamanı diabetik pəncə sindromunun erkən diaqnostikasında ultrasəs doplerqrafiyasının əhəmiyyəti haqqında məlumat verilir. Tədqiqata 15 nəfəri kişi, 20 nəfəri qadın olmaqla 35 nəfər diabetik angiopatiyalı xəstə cəlb edilmişdir. Xəstələr şəkərli diabetin tipinə (insulindən asılı olan və insulindən asılı olmayan) və davametmə müddətinə (1 il və daha az, 1-5 il, 6-10 il, 10 ildən çox) əsasən qruplaşdırılmışdır. Bu qruplar üzrə qan dövranı pozulmalarının mərhələləri müşahidə edilmişdir. Tədqiqatın nəticələrinə görə, qan dövranının pozulması mərhələlər üzrə irəlilədikcə əlamətlər daha da güclənmişdir. İnsulindən asılı olan xəstələrdə qan dövranı pozulmaları daha ciddi olur və damar zədələnməsi daha sürətlə irəliləyir. Ultrasəs doplerqrafiyasının nəticələrinə görə, insulindən asılı xəstələrdə arteriyaların tıxanması və damar divarlarında qalınlaşma müşahidə edilmişdir. Xəstəliyin davametmə müddəti artdıqca qan dövranı pozulmalarının şiddəti də artır. Urokinaza və boymadərən ekstraktı müalicəsinin qan axınını yaxşılaşdırdığı və damar daralmalarını azaltdığı aşkar edilmişdir. Bu nəticələr şəkərli diabet zamanı aşağı ətraflarda qan dövranı pozulmalarının erkən diaqnostikası üçün ultrasəs doplerqrafiyasının və anamnez məlumatlarının əhəmiyyətini göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Əliyeva, G., Əliyeva, C., & Bədəlova, A. (2025). DİABETİK ANGİOPATİYALARIN ULTRASƏS DOPLEROQRAFİYASI İLƏ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 150–154. https://doi.org/10.34921/amj.2025.1.026

Nömrə

Bölmə

KLİNİK PRAKTİKADAN MƏLUMAT