ONKOLOJİ XƏSTƏLƏRDƏ İNFEKSİON AĞIRLAŞMALARIN ETİOLOJİ STRUKTURU

Müəlliflər

  • M.H. Əliyev Azərbaycan Tibb Universiteti
  • F.F. Xəlilov Odlar Yurdu Universiteti
  • A.A. Bəydəmirova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.020

Açar sözlər

süd vəzisi xərçəngi, enterobakteriyalar, Klebsiella pneumoniae, Escherichia coli, infeksion ağırlaşmalar

Xülasə

Məqalədə süd vəzisi xərçəngi olan xəstələrdə törənən iltihabi ağırlaşmaların mikrobioloji monitorinqi ilə bağlı məlumat təqdim edilir. Süd vəzisinin xərçəngi zamanı infeksion ağırlaşmaların törədicilərinin etioloji strukturunun öyrənilməsi məqsədilə bu diaqnozla müalicə edilən 40 qadının (əsas qrup) və 10 praktik sağlam şəxsin (kontrol qrupu) bioloji nümunələrində bakterioloji müayinələr aparılmışdır. Xərçəng xəstələrinin bioloji mayelərində K.pneumoniae, P.aeruginosa, E.coli, və s. kimi mikrooqanizm növləri aşkar edilmiş və mümkün ağırlaşmalar üçün xarakterik ola biləcək markerlərin müəyyənləşdirilməsi istiqamətində araşdirmalar həyata keçirilmişdir. Əsas tədqiqat qrupunda Klebsiella spp. və Staphylococcus spp. kimi mikroorqanizmlərin assosiasiyası aşkar edilmişdir, həmçinin eyni qrupda 5,0% hallarda Escherichia coli ilə / Klebsiella spp. mikrob assosiasiyaları müşahidə edilmişdir. Assosiasiya halında olan başqa mikroorqanizmlər 5%-dən çox olmamışdır, məsələn, Pseudomonas spp. / Enterococcus spp. assosiasiyası daha az, yalnız 2,5% hallarda müşaidə edilmişdir. Müəlliflərin fikrincə kimyəvi müalicə alan pasiyentlərdə infeksion ağırlaşmaları müəyyənləşdirilməsi və profilaktikası, həmçinin bağırsağın mikrobiosenozu və selikli qişasına sitostatiklərin toksik təsirlərinin zəiflədilməsi üçün mədə-bağırsaq traktının mikrobiosenozunun tərkib dəyişikliklərinin qiymətləndirilməsi məqsədəuyğun hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Əliyev, M., Xəlilov, F., & Bəydəmirova, A. (2025). ONKOLOJİ XƏSTƏLƏRDƏ İNFEKSİON AĞIRLAŞMALARIN ETİOLOJİ STRUKTURU. Azərbaycan Tibb Jurnalı, (1), 116–121. https://doi.org/10.34921/amj.2025.1.020

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ