DUODENOSTAZLA MÜŞAYİƏT OLUNAN QASTRODUODENAL XORALI XƏSTƏLƏRİN DİAQNOSTİK ALQORİTMİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.015Açar sözlər
duodenоstaz, qastroduodenal xora, diaqnostikaXülasə
Məqalədə həzm traktının yuxarı şöbələrinin rentgenoloji, endoskopik və ultrasəs müayinə üsullarının nəticələrini müqayisə etmək məqsədilə aparılmış tədqiqat haqqında məlumatlar verilmışdir. Mədə və onikibarmaq bağırsaq xorası ilə müalicə alan 450 xəstə üzrəində aparılan kompleks müayinə zamanı 95 nəfərdə (21,11%) yanaşı olaraq xronik onikibarmaq bağırsaq keçməzliyi aşkar edilmişdir. Qastroduodenal və hepatobiliyar zonaların ultrasəs müayinəsi onikibarmaq bağırsağın və qonşu orqanların orqanik strukturları funksional fəaliyyətindəki dəyişikliklərin diaqnostikasına imkan verir. Əgər ultrasəs müayinəsində hansısa bir əlamət şübhə doğurursa, alınmış nəticələr sonrakı müayinə taktikasını düzgün təyin etməyə, bəzi hallarda isə, invaziv müdaxilələri əsaslandırmağa kömək edə bilər. Ultrasəs müayinəsinin nəticələri endoskopik və rentgenoloji müayinələrin nəticələri ilə müqayisə edilmişdir. Xronik onikibarmaq bağırsaq keçməzliyi ilə birgə müşahidə olunan mədə və onikibarmaq bağırsaq xoralı xəstələrdə rasional diaqnostik müayinələrin ardıcıllığı təklif edilmiş və əsaslandırılmışdır. Müəllifin fikrincə, diaqnostik müayinələrin ardıcılığı bələ olmalıdır: USM → qastroduodenoskopiya → rentgenoloji müayinə.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


