SARS-CoV-2 VİRUS İNFEKSİYASI KEÇİRMİŞ XƏSTƏLƏRDƏ ASTENİK ƏLAMƏTLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.005Açar sözlər
SARS-CoV-2 virus infeksiyası, post-COVID əlamətlər, astenik sindromXülasə
Məqalədə yaşı 31 ilə 65 yaş arasında olan COVID-19 infeksiyası keçirmiş 172 xəstədə aşkar edilmiş astenik əlamətlər və onlarda xəstəlikdən sonrakı 6 və 12-ci aylarda müşahidə edilmiş dəyişikliklər haqqında məlumat verilmişdir. Müşahidələr göstərmişdir ki, COVID-19 infeksiyasından sonra astenik sindrom, müşahidə edilən xəstələrdə yuxu pozulmaları, vegetativ əlamətlər və digər nevroloji simptomlar daha çox təzahür edir. İlk altı ayda xəstələrin 54,7±3,8%-də yerişin pozulması, 23,8±3,2%-də qoxu hissinin iy və dadbilmənin zəifləməsi, 14,5±2,7%-də yaddaşın zəifləməsi, 66,3±3,6%-də diqqət problemləri və 45,9±3,8% də hissi pozulmalar qeydə alınmışdır. Göstərilən əlamətlər xəstələnmədən 12 ay sonra rekonvalessentlərin əksəriyyətində aradan qalxmışdır və alınmış nəticələrin ilkin göstəricilərlə müqayisəsində statistik etibarlı fərq müşahidə edilmişdir. Alınan nəticələr COVID-19-dan sonra astenik sindromun determinantlarının və proqnozlaşdırıcılarının hərtərəfli öyrənilməsini, həmçinin diferensiasiya üçün həm risk qruplarında, həm də digər xəstə qruplarında müəyyən edilməsini və araşdırılmasını tələb edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


