AZƏRBAYCANIN NAXÇIVAN DAĞLIQ GEOBOTANİK ƏRAZİSİNDƏ HƏZM SİSTEMİ XƏSTƏLİKLƏRİNİN MÜALICƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT
DOI
https://doi.org/10.34921/amj.2024.4.024Açar sözlər
etnofarmakologiya, dərman bitkiləri, həzm sistemi xəstəlikləriXülasə
Məqalədə Azərbaycan Respublikasının Naxçıvan dağlıq geobotanik ərazisində 3 il müddətində aparılmış etnofarmakoloji tədqiqat haqqında məlumat verilmişdir. 70 respondent arasında həzm sistemi xəstəliklərinin etnofarmakoloji tədqiqinə aid sorğu aparılmışdır. Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həzm sistemi xəstəliklərinin müalicəsində 25 fəsiləyə aid 50 bitki növündən istifadə edilir. Bu bitkilərə aid etnofarmakoloji tədqiqatın göstəriciləri hesablanmış və onlara aid statistik təhlil aparılmışdır. Aydın olmuşdur ki, Asteraceae, Lamiaceae, Rosaceae, Apiaceae və Fabaceae fəsilələrinə daxil olan bitkilərdən daha çox istifadə edilir. Əksər dərman bitkiləri müalicə məqsədilə dəmləmə və bişirmə şəklində tətbiq edilir. Həzm sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərman preparatlarının çeşidində bitki mənşəli vasitələrin az olması diqqəti çəkir. Müəlliflərin fikrincə, təqdim olunan məqalə istər tibb işçilərinin, istərsə də, əhalinin diqqətini bitki mənşəli vasitələrə yönəltmək baxımından faydalı ola bilər. Həmçinin alınan nəticələr dərman bitklərindən həzm sistemi xəstəliklərinin müalicəsində istifadə ediləcək yeni və effektli müalicə vasitələrinin hazırlanması istiqamətində araşdırmaların aparılmasını da aktuallaşdırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


