DİSTANSİON ZƏRBƏ-DALĞA LİTOTRİPSİYASININ PROQNOZLAŞDIRILMASI ASPEKTİNDƏ SİDİK AXARLARININ ELİMİNASİON FUNKSİYASININ DOPLER VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • S.M. Kolupayev Xarkov Tibb Universiteti; V.Şapoval ad. Vilayət Tibbi-Klinik Urologiya və Nefrologiya Mərkəzi
  • V.N. Lesovoy Xarkov Tibb Universiteti; V.Şapoval ad. Vilayət Tibbi-Klinik Urologiya və Nefrologiya Mərkəzi
  • N.M. Andonyeva Xarkov Tibb Universiteti; V.Şapoval ad. Vilayət Tibbi-Klinik Urologiya və Nefrologiya Mərkəzi
  • M.A. Lesovaya Xarkov Beynəlxalq Tibb Universiteti
  • V.V. Qargin Xarkov Beynəlxalq Tibb Universiteti; Xarkov Milli Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.009

Açar sözlər

sidikdaşı xəstəliyi, sidik axarları, dopleroqrafiya, peristaltik aktivlik

Xülasə

Ekstrakorporal zərbə-dalğa litotripsiyasından (EZDL) sonrakı uzun müddət ərzində konqrementlərin soyudulması fonunda sidik axarlarının eliminasion qabiliyyətini öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata böyrək kasasında qeyri-obstruktiv daş olduğuna görə EZDL-ə məruz qalmış 134 xəstə cəlb edilmişdir. Onlardan EZDDL-dən sonra 14 gün müşahidə altında olan 105 nəfər (78,4%) birinci qrupa, daşların xaric olması daha uzun müddət çəkən 29 nəfər (21,6%) pasiyent isə ikinci qrupa daxil edilmişdir. İkinci qrupun xəstələrində sidik daşı fraqmentləri müşahidənin 28-ci gününə qədər xaric olmamışdır. Sidik çıxarı yolların eliminasion qabiliyyəti zədəli tərəfin sidik axarlarının peristaltikaedici funksiyasının Dopler vasitəsilə müşahidəsi yolu ilə öyrənilmişdir. Dopler spektrinin forması, sidik axarının atımının müddəti (T), yüksək (YS) və orta (OS) sürəti öyrənilmişdir. Tədqiqat zamanı sidik axarında atımın təkfazalı, ikifazalı, üçfazalı və uzun sürən tipləri müşahidə edilmişdir. 2-ci qrup pasiyentlərdə Dopler spektri daha çox üstün sürən tipi və daha aşağı orta sürət (OS) müşahidə edilmişdir; sidik atımının orta sürəti 10 sm/san-dən az olanlarla bu göstəricidən çox olanlar arasında daşların xaric olması müddətinin şanslarına nisbəti 5,3-ə bərabər olmuşdur. Bu, nefroliti az olan xəstələrdə sidik axarının eliminasion qabiliyyəti peristaltik aktivlikdən asılıdır. Dopler spektrinin uzun sürən tipini, həmçinin sidik axarında axım sürətinin 10 sm/san-dan az olmasını onun eliminasion qabiliyyətinin zəifliyinin marker hesab etmək olar.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Kolupayev, S., Lesovoy, V., Andonyeva, N., Lesovaya, M., & Qargin, V. (2024). DİSTANSİON ZƏRBƏ-DALĞA LİTOTRİPSİYASININ PROQNOZLAŞDIRILMASI ASPEKTİNDƏ SİDİK AXARLARININ ELİMİNASİON FUNKSİYASININ DOPLER VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ . Azərbaycan Tibb Jurnalı, (4), 54–60. https://doi.org/10.34921/amj.2024.4.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR