AZƏRBAYCANIN ZUVAND GEOBOTANİK ƏRAZİSİNDƏ TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT

Müəlliflər

  • C.İ. İsayev Azərbaycan Tibb Universiteti
  • E.M. Hacıyeva Azərbaycan Tibb Universiteti
  • X.N. Mustafayeva Azərbaycan Tibb Universiteti
  • K.M. Yaqubov Azərbaycan Tibb Universiteti
  • N.T. Babayeva Azərbaycan Tibb Universiteti
  • N.M. Səfərova Azərbaycan Tibb Universiteti
  • A.İ. Qədimli Azərbaycan Tibb Universiteti
  • G.S. Cəfərova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.021

Açar sözlər

etnofarmakologiya, Zuvand, dərman bitkiləri, tənəffüs sistemi xəstəlikləri

Xülasə

Məqalədə Azərbaycan Respublikasının Zuvand (Diabar) geobotanik ərazisində 3 il müddətində aparılmış etnofarmakoloji tədqiqat haqqında məlumat verilmişdir. 50 respondent arasında sorğu aparılmış, müəyyən edilmişdir ki, yaşı 61 və daha çox olan şəxslərdə xalq təbabəti ilə bağlı məlumatlar daha çoxdur. Aparılan etnofarmakoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 19 fəsiləyə aid 45 bitki növü tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Bu bitkilərə aid etnofarmakoloji tədqiqat göstəriciləri hesablanmış və onlara aid statistik işləmələr yerinə yetirilmişdir. Aydın olmuşdur ki, Lamiaceae, Asteraceae və Rosaceae fəsiləsinə daxil olan bitkilərdən daha çox istifadə edilir. Əksər dərman bitkiləri müalicə məqsədilə əsasən dəmləmə və bişirmə şəklində tətbiq edilir. Dərman bitkilərinin istifadə olunan hissələri arasında ot, meyvə, yarpaq və çiçəklər üstünlük təşkil edir. Müəlliflərin fikrincə, təqdim edilən məqalə istər tibb işçilərinin, istərsə də əhalinin diqqətini bitki mənşəli vasitələrə yönəltmək baxımından faydalı olacaqdır. Alınan nəticələr dərman bitkilərindən yeni və effektli müalicə vasitələrinin hazırlanması istiqamətində araşdırmaların aparılmasını aktuallaşdırır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

İsayev, C., Hacıyeva, E., Mustafayeva, . X., Yaqubov, K., Babayeva, N., Səfərova, N., … Cəfərova, G. (2024). AZƏRBAYCANIN ZUVAND GEOBOTANİK ƏRAZİSİNDƏ TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT. Azərbaycan Tibb Jurnalı, (3), 121–127. https://doi.org/10.34921/amj.2024.3.021

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT