İNSANIN BƏTNDƏNKƏNAR İNKİŞAFINDA QARACİYƏRDAXİLİ ÖD AXACAQLARININ LİMFOİD APARATININ YAŞ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.3.019Açar sözlər
qaraciyərdaxili öd yolları, bətndənkənar inkişaf, limfoid düyüncüklər, diffuz limfoid toxumaXülasə
Məqalədə insanın bətndənkənar inkişafının müxtəlif dövrlərinə aid insanların qaraciyərdaxili öd axacaqlarının limfoid aparatının yaş xüsusiyyətləri haqqında makromikroskopik məlumatlar təqdim edilmişdir. Bu məqsədlə yenidoğulmuşlardan başlamış qocalıq yaş dövrü daxil olmaqla müxtəlif yaşlı 46 insan meyitindən götürülmüş qaraciyərdaxili öd axacaqlarının limfoid strukturları hematoksilin-eozinlə, Van Gizon və Veygert metodları ilə hematoksilin-pikrofuksinlə boyadılmışdır. Mikropreparatların fotoşəkilləri “Topica TP1002DS” görüntü videosistemi quraşdırılmış “Micro Optix” (Almaniya) işıq-optik mikroskopunda eyni şərtlərdə və eyni rejimdə çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaraciyərdaxili öd axacaqlarının selikli qişasında limfoid törəmələrin bütün morfogenetik formaları aşkar edilir. Bu öd axacaqlarının limfoid aparatı uşaq anadan olduqda tam formalaşmış olur. Yenidoğulmuşlarda limfoid törəmələrin bütün morfoloji formaları – diffuz limfoid toxuma, çoxalma mərkəzi olan və olmayan limfoid düyüncüklər daim mövcud olur. Erkən uşaqlıq dövründən başlamış 1-ci yetkinlik dövrünə qədər qaraciyərdaxili öd axacaqlarının divarlarında hüceyrələrarası birləşmələr müəyyən edilir. Limfoid törəmələri maksimal inkişafa erkən uşaqlıq dövründə çatır. Bu yaş dövründən sonra tədricən involyutiv dəyişikliklər qeyd olunur. Limfoid törəmələrin involyusiyası limfoid düyünlərin sayının və ölçülərinin, limfoid sırası hüceyrələrin tutumunun azalması, degenerativ proseslərin səviyyəsinin artması ilə özünü göstərir ki, bunlar da qocalıq dövrünə doğru getdikcə proqressivləşir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


