BAKI ŞƏHƏRİNDƏ ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI OLAN XƏSTƏLƏRİN TİBBİ-SOSİAL XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2024.3.018Açar sözlər
anadangəlmə ürək qüsurları, mədəciklərarası çəpərin qüsuru, arterial axacağın açıq qalmasıXülasə
Anadangəlmə ürək qüsuru olan xəstələrin tibbi-sosial xüsusiyyətlərini öyrənmək məqsədilə Bakı şəhərində yaşı bir neçə gündən 70 yaşa qədər olan 300 xəstə müayinə edilmişdir. Əsas qrup anadangəlmə ürək qüsurları olan 150 (50%) xəstədən ibarət olmuş, onlarda mədəcikarası çəpər qüsuru, qulaqcıqarası çəpər qüsuru, açıq arterial axacaq və qüsurların kombinasiyası (iki və ya hər üç ürək qüsurunun yanaşı olması) müəyyən edilmişdir. Kontrol qrupuna müxtəlif kardioloji şikayətləri olan, lakin anadangəlmə ürək xəstəliyi olmayan 150 (50%) xəstə daxil idi. Tədqiqatda daxil edilən xəstələrin anamnestik xarakteristikaları, sosial xüsusiyyətləri və şikayətlərinin strukturu öyrənilmişdir. Anadangəlmə ürək qüsurlarının tibbi-sosial xüsusiyyətləri öyrənilərkən məlum olmuşdur ki, xəstələr arasında qadınlar (52%) kişilərə (48%) nisbətən üstünlük təşkil etmişdir. Tədqiqatın nəticələrinə görə, anadangəlmə ürək qüsurlarının vaxtında aşkar edilməsi üçün qızların qeyri-spesifik şikayətlərinə (təngnəfəslik, taxikardiya) daha çox diqqət yetirmək lazımdır ki, bu da yuxarı yaşlarda qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qadınlarda gec diaqnoz və əməliyyatların faizinin azaldılmasına imkan verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


