DİFERENSİASİYA ETMƏMİŞ BİRLƏŞDİRİCİ TOXUMA DİSPLAZİYASI OLAN XƏSTƏLƏRDƏ KƏSKİN KORONAR SİNDROMUN İNKİŞAF RİSKİNİN PROQNOZLAŞDIRILMASI ÜZRƏ RİYAZİ MODEL
DOI
https://doi.org/10.34921/amj.2024.3.015Açar sözlər
kəskin koronar sindrom, birləşdirici toxuma displaziyası, homosistein, oksiprolin, maqneziumXülasə
Məqalədə birləşdirici toxumanın diferensiasiya etməmiş displaziyası (BTDED) fonunda kəskin koronar sindromun (KKS) inkişaf riskinin alqoritmini hazırlamaq məqsədilə 220 xəstə üzərində aparılmış tədqiqat işinin nəticələri təqdim edilmişdir. Bundan ötrü, pasport-anamnestik (yaş, cinsiyyət, displaziya sindromunun şiddəti) və laborator göstəricilər (sistolik və diastolik arterial təzyiq, lipid mübadiləsi göstəriciləri, qanda homosisteinin, oksiprolinin və maqneziumun səviyyəsi) tədqiq edilmişdir. Proqnozlaşdırmanın riyazi modelini yaratmaq üçün mərhələli loqistik reqressiya üzrə prediktor amillər seçilmişdir. Proqnostik model qismində 1-illik müşahidə dövründə hadisələrin 2 variantı nəzərdən keçirilmişdir: 0 – KKS, inkişaf etməmişdir, 1 – KKS inkişaf etmişdir. Fərqləndirmə həddi olaraq, 0,5 qəbul edilmişdir. Hesablama zamanı xəstəliyin inkişaf ehtimalının 0,5-dən az olması hadisənin baş verməyəcini, 0,5-dən yüksək olması isə KKS hadisəsinin inkişaf edəcəyi ehtimalı kimi qəbul edilmişdir. Müəlliflərin nəticələrinə görə, təklif edilmiş riyazi model qanda homosisteinin, oksiprolinin və aterogenlik indeksinin KKS-nin inkişafı ilə bilavasitə əlaqəli olduğunu, həmçinin bu patologiyanın inkişafı ilə qanda maqneziumun səviyyəsi arasında əks-əlaqə olduğunu ehtimal etməyə imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


