ÇƏNBƏRBAĞIRSAĞIN ƏZƏLƏDAXİLİ SİNİR KƏLƏFLƏRİNİN STRUKTUR XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.015Açar sözlər
çənbərbağırsaq, əzələdaxili sinir kələfi, 1-ci və 2-ci tip Dogel hüceyrələri, sinsitial əlaqələrXülasə
Məqalədə çənbərbağırsağın əzələdaxili sinir kələfinin normal struktur xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 37baş “Vistar” xəttinə mənsub 3-4 aylıq siçovul üzərində tədqiqat aparılmışdır. Tədqiqatda klassik Rannvye-Goyer (damardaxili inyeksiya) və Bilşovski-Qross (gümüşləmə) üsullarına əsaslanan universal üsuldan istifadə edilmişdir. Məlum olmuşdur ki, çənbərbağırsağın əzələdaxili sinir kələfləri bu orqanın əzələ qişasının dairəvi və boylama qatları arasında yığcam şəkildə yerləşən, zəncir əmələ gətirən düyünlərlə təmsil olunurlar. Düyünlərdəki neyronların ölçüləri müxtəlif olur. Neyronların zəif xromatinə malik böyük və yuvarlaq nüvələri olur. Çənbərbağırsağın əzələdaxili sinir kələflərində 1-ci və 2-ci tip Dogel hüceyrələri müəyyən edilir. 1-ci tip Dogel hüceyrələrində çoxsaylı qısa dendritik çıxıntılar və bu hüceyrələrə uzunsov forma verən, əzələ qişasında şaxələnən akson müşahidə edilir. 2-ci tip Dogel hüceyrələri yuvarlaq və ya oval formaya və 1-ci tip Dogel hüceyrələrinə nisbətən daha hamar konturlara malikdir. Bu hüceyrələrin aksonları neyronun cismindən bir qədər uzaq məsafədə şaxələnir. Tədqiqat nəticəsində çənbərbağırsağın əzələdaxili sinir kələflərində neyronlar arasında birbaşa sinsitial əlaqələri olduğuna dair morfoloji sübutlar əldə edilmişdir. Bunlar iki neyronun cisimləri və çıxıntıları arasında olan əlaqələrdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


