ENDOMETRİUMUN HİPERPLASTİK PROSESLƏRİNİN KLİNİK-MORFOLOJİ VƏ GENETİK XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2024.3.013Açar sözlər
tsiklooksigenaza-2, endometriumun hiperplaziyası, endometrium polipləri, estrogen reseptorları, endometriumun hiperplastik prosesləri, PvuII polimorfizmiXülasə
Məqalədə endometriumun hiperplastik proseslərinin (EHP) müxtəlif histoloji variantlarının klinik, morfoloji və genetik xarakteristikası haqqında məlumat verilmişdir. Cərrahi müdaxilədən sonra histerorezektoskopiyanın köməyi ilə alınmış toxuma nümunələrində -estrogen reseptorlarının (ER) və tsiklooksigenaza-2-nin (COX-2) nə dərəcədə yayıldığı immunohistokimyəvi üsulla analiz edilmişdir. Zəncirşəkilli polimeraza reaksiyası (ZPR) vasitəsilə məhdudlaşdırıcı ferment zəncirlərinin uzunluğu və ESR1 (rs2234693) geninin PvuII polimorfizmi öyrənilmişdir. Epitelial komponentdə estrogenin (ER) mezenximal komponentdəkinə nisbətən əhəmiyyətli dərəcədə artıq (p<0,05) olduğu müşahidə edilmişdir. Lakin endometrial hiperplastik proseslərin (EHP) müxtəlif histoloji variantları arasında ER-in yayılması baxımından ciddi dəyişikliyə rast gəlinməmişdir. EHP əlamətləri olan bütün toxuma nümunələrində COX-2-nin eyni səviyyədə olduğu müşahidə edilmişdir. Tədqiqat göstərmişdir ki, ESR1 geninin PvuII polimorfizmi ilə EHP arasında assosiasiya əlamətləri, həmşinin onun konkret histoloji yarımtipləri ilə ER- və COX-2 səviyyəsi arasında assosiativ əlaqə yoxdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


