KİMYƏVİ QİDA ƏLAVƏLƏRİ KOMPLEKSİNİN TƏSİRİNDƏN STRESƏ DAVAMLILIĞIN FORMALAŞMASI VƏ KOQNİTİV FUNKSİYALARIN DƏYİŞİKLİKLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2024.3.004

Açar sözlər

stresə davamlılıq, koqnitiv disfunksiya, qida əlavələri, natrium qlutamat, natrium nitrit, Ponso 4R

Xülasə

Məqalədə müxtəlif müddətlərdə kimyəvi qida əlavələri (natrium-qlutamat, natrium-nitrit, Ponso4R) qəbul etmiş siçovullarda davranış reaksiyalarının və stresə davamlılığın öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatın gedişində eksperimental heyvanların müxtəlif yarımqruplarına peroral yolla, 1, 4, 8, 12, 16 və 20 həftə ərzində kimyəvi qida əlavələri verilmişdir. Koqnitiv funksiyalar “ekstrapolyasion azadolma” testindən istifadə edilməklə qiymətləndirilmişdir. Alınmış nəticələrin təhlilindən aydın olmuşdur ki, eksperimentin başlanğıc mərhələlərində (8 həftəyə qədər) öyrənilən göstəricilər müsbət dinamikaya malik olmuşdur; bu, reaksiyaların müddətinin qısalması ilə təzahür etmişdir. Kimyəvi qida əlavələrinin 12 həftə ərzində qəbulundan sonra eksperimental heyvanlarda neqativ istiqamətli dəyişikliklər müşahidə edilmişdir. Bu, özünü tədqiq edilən göstəricilərin ləngiməsi ilə göstərmişdir. Eksperimentin başlanmasından 20 həftə sonra göstəricilərin xüsusilə pis olduğu nəzərə çarpmışdır. Müəyyən edilmişdir ki, kimyəvi qida əlavələrinin uzunmüddətli qəbulu stres vəziyyəti zamanı reaksiyaların kütləşməsinə, həmçinin kəskin stress vəziyyətindən azad olmağa cəhd edilməsinin zəifləməsinə səbəb olur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Bilaş, S., Oliyniçenko, Y., Pronina, O., Donçenko, S., Koptev, M., Piroq-Zakaznikova, A., … Mamay, O. (2024). KİMYƏVİ QİDA ƏLAVƏLƏRİ KOMPLEKSİNİN TƏSİRİNDƏN STRESƏ DAVAMLILIĞIN FORMALAŞMASI VƏ KOQNİTİV FUNKSİYALARIN DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 24–30. https://doi.org/10.34921/amj.2024.3.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR