PARKİNSON XƏSTƏLİYİ FONUNDA POLİMORBİDLİK

Müəlliflər

  • R.K. Şirəliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • F.N. Əliyeva Azərbaycan Tibb Universiteti
  • M.M. Məmmədova Azərbaycan Tibb Universiteti
  • F.N. Məmmədbəyov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.013

Açar sözlər

Parkinson xəstəliyi, polimorbidlik, yanaşı patologiyalar

Xülasə

Məqalədə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin əhalisi arasında Parkinson xəstəliyi diaqnozu ilə müalicə alan pasiyentlərdə polimorbidlik səviyyəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 2019-cu ildə Bakı şəhər poliklinikalarında qeydiyyatda olan  Parkinson xəstəliyi diaqnozu qoyulmuş 703  pasiyentin məlumatlarına əsaslanmışdır. Xəstələrin ambulator kartlarında sənədləşdirilmiş xronik xəstəliklərdən nozoloji formalar üzrə məlumat toplanaraq hər 100 xəstəyə düşən xronik xəstəliklərin tezliyi və onun orta xətası hesablanmışdır.

Pasiyentlərin 29,7±1,7%-də heç bir xronik xəstəlik qeydə alınmamışdır. Parkinson xəstəliyi pasiyentlərin 38,1±1,8%-də arterial hipertenziya, 23,51±1,6%-də  şəkərli diabet, 8,4±1,0%-də ürəyin xronik işemiya xəstəliyi və 7,7±1,0%-də serebrovaskulyar xəstəliklərlə yanaşı olmuşdur. Xəstəliyin yanaşı bir, iki, üç və çox xəstəliklə müşayiət edilməsinə pasiyentlərin müvafiq olaraq 49,6; 10,6 və 3,4 %-də rast gəlinmişdir. Müəlliflər tədqiqatın nəticəsinə əsasən, belə qənaətə gəlmişlər ki, Parkinson xəstəliyi fonunda polimorbidlik  xəstəliyin mərhələsindən, davametmə müddətindən, xəstələrin yaşından və cinsiyyətindən asılıdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Şirəliyeva, R., Əliyeva, F., Məmmədova, M., & Məmmədbəyov, F. (2022). PARKİNSON XƏSTƏLİYİ FONUNDA POLİMORBİDLİK. Azərbaycan Tibb Jurnalı, (1), 81–85. https://doi.org/10.34921/amj.2022.1.013

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR