İŞEMİK İNSULT KEÇİRMIŞ XƏSTƏLƏRDƏ MİKROSİRKULYATOR ŞƏBƏKƏNİN VƏZİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2024.3.003Açar sözlər
işemik insult, baş beyninin damar xəstəlikləri, mikrosirkulyatsiya, qanın reoloji xassələriXülasə
Hüquq-mühafizə orqanlarının əməkdaşları olan və işemik insultdan (İS) əziyyət çəkən 40-65 yaşlı (orta yaş həddi 47,98±5,3) 38 xəstənin baş beynində damar yatağının mikrosirkulyasiya vəziyyətini öyrənmək üçün gözün konyunktivasının mikrodamarları biomikroskopiya üsulu ilə tədqiq edilmişdir. Xəstələrin reabilitasion müalicə kompleksinə pentoksifillin daxil edilmişdir. Bu preparat xəstələrin müalicəsi üçün gündə 2 dəfə, səhər və axşam 600 mq dozada təyin edilmişdir. Dərman təyin edildikdə, artıq həftənin sonunda subyektiv pozuntuların reqressiyası müşahidə edilmişdir ki, bu da xəstələrin vəziyyətində əks olunmuşdur. Belə ki, ümumi vəziyyət sabitləşmiş (76,31±6,9%), baş ağrısı (42,11±8,0%), başda ağırlıq (71,05±7,4%), emosional labilliyin azalması (65,79±6,8%), başgicəllənmə (63,16±7,8%), başda səs-küy (52,63±8,1%), yuxunun yaxşılaşması (42,11±8,1%), arterial təzyiqin stabilləşməsi qeyd edilmişdir (39,47±7,9%). Preparatın istifadəsinin üçüncü həftəsində nevroloji simptomların ağırlıq dərəcəsinin azalması qeyd edilmişdir. Əldə etdiyimiz məlumatlar pentoksifillinin işemik insult keçirmiş pasiyentlərdə dinamikada bulbar konyunktivanın biomikroskopiyasının məlumatlarına görə, daxili yuxu arteriyasının hövzəsində mikrosirkulyator axının vəziyyətinə kifayət qədər yüksək təsir göstərdiyini təsdiq edir ki, bu da preparatın belə xəstələrin kompleks terapiyasında istifadəsini tövsiyə etməyə imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


