QARACİYƏRİN ALKOHOL MƏNŞƏLİ OLMAYAN PİY DEGENERASİYASININ KOMPLEKS KURORT MÜALİCƏSİNDƏ FİLO- VƏ PELOİDPREPARATLAR

Müəlliflər

  • N.V. Yefimenko "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi
  • V.V. Kolomiytsev "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi
  • T.M. Simonova "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi
  • E.N. Çalaya "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi
  • E.K. Kaysinova "Rusiya Federasiyası Səhiyyə Nazirliyi, İ.M.Seçenov ad. Moskva Dövlət Tibb Universiteti" Federal Dövlət Büdcə Ali Təhsil müəssisəsi
  • V.F. Kazakov "Rusiya Federasiyası Səhiyyə Nazirliyi, İ.M.Seçenov ad. Moskva Dövlət Tibb Universiteti" Federal Dövlət Büdcə Ali Təhsil müəssisəsi
  • L.N. Şvedunova "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi
  • L.A. Botvineva "Federal Tibbi-bioloji agentliyin Şimali Qafqaz federal elmi-klinik mərkəzi" Dövlət Büdcə Müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2022.1.014

Açar sözlər

qaraciyərin qeyri-alkohol lipidozu, fitoterapiya, peloidoterapiya, alaqanqal yağı, Tambuilin yağda məhlulu

Xülasə

Alkohol mənşəli olmayan piy hepatozunun müalicə kompleksində alaqanqal yağı ilə Tambuilin yağda məhlulunun birgə istifadə edilməsinin effektivliyini araşdırmaq məqsədilə tədqiqat aparılmışdır.
Tədqiqata qeyri-alkohol hepatozlu 60 pasiyent cəlb edilmişdir. Xəstələr hər birində 30 nəfər olmaqla 2 qrupa bölünmüşdür: müqayisə qrupuna daxil edilmiş xəstələr azminerallı "Slavyanskaya" mineral suyunun daxilə qəbulu ilə birgə mineral vannalardan ibarət ümumi qəbul edilmiş müalicə və ultrasəs müalicəsi almışlar.
Əsas qrupun pasiyentlərinə isə müqayisə qrupunun pasiyentlərinə təyin edilmiş müalicə kompleksindən ultrasəs terapiyası istisna edilməklə alaqanqal yağı ilə Tambuilin yağda məhlulundan ibarət qarışıqla fonoforez təyin edilmişdir. Bütün pasiyentlərə müalicənin əvvəlində və ondan sonra standart müayinələr aparılmışdır ki, bunlara da qaraciyər funksiyalarını qiymətləndirmək üçün tətbiq edilən laborator müayinələr və orqanın hemodinamikasının tədqiqi daxil olmuşdur.
Tədqiqatdan aydın olmuşdur ki, xəstələrin müalicə kompleksinə fito- və peloidopreparatların əlavə edilməsi daha yüksək müalicəvi effekt verir. Bu, qaraciyərin funksional vəziyyətinin və qanın lipid spektrinin yaxşılaşması, insulinə rezistentliyin zəifləməsi ilə təzahür edir. Alınmış nəticələri ümumiləşdirilmiş şəkildə qiymətləndirərək, göstərmək olar ki, kurort müalicəsi kompleksinə fito- və peloidopreparatların əlavə edilməsi qaraciyərin qeyri-alkohol lipidozlarının gedişinə ənənəvi kurort müalicəsinə nisbətən 15% daha artıq müsbət təsir göstərir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Yefimenko, N., Kolomiytsev, V., Simonova, T., Çalaya, E., Kaysinova, E., Kazakov, V., … Botvineva, L. (2022). QARACİYƏRİN ALKOHOL MƏNŞƏLİ OLMAYAN PİY DEGENERASİYASININ KOMPLEKS KURORT MÜALİCƏSİNDƏ FİLO- VƏ PELOİDPREPARATLAR. Azərbaycan Tibb Jurnalı, (1), 86–93. https://doi.org/10.34921/amj.2022.1.014

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR