MÜALİCƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏRRAHİ YARA İNFEKSİYALARI TÖRƏDİCİLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Авторы

  • S.A. Atakişizadə Azərbaycan Tibb Universiteti
  • K.Ə. Cəfərova Azərbaycan Tibb Universiteti
  • L.M. Qurbanova Qərbi Kaspi Universiteti
  • İ.A. Kərimova Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.88.21.001

Ключевые слова:

cərrahi yara infeksiyaları, mikroorqanizmlər, antibiotiklərə həssaslıq

Аннотация

Məqalədə cərrahi yara infeksiyalarının etioloji agentlərinin və onların antimikrob preparatlara həssaslıq və rezistentliyinin araşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 2019-2022-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında müalicə almış xəstələr üzərində aparılmışdır. Cərrahi əməliyyatlardan sonra baş verən yara infeksiyaları zamanı yara, drenaj və abses möhtəviyyatların mikrobioloji müayinəsi nəticəsində cərrahi yara infeksiyalarının əsas törədicilərinin S.aureus, P.aeruginosa, E.coli, Klebsiella cinsli bakteriyalar, eləcə də Candida cinsli göbələklər olduğu müəyyən edilmişdir. P.aeruginosa, E.coli vəKlebsiella cinsli bakteriyalar əksər antibiotiklərə davamlı olması ilə fərqlənmişlər. E.coli və Klebsiella cinsli bakteriya ştammlarının əksəriyyətində genişlənmiş spektrli betalaktamaza (GSBL), P.aeruginosa ştammlarının təqribən yarısında induksiya olunan beta-laktamaza (İsBL) produksiyası aşkar edilmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Atakişizadə, S., Cəfərova, K., Qurbanova, L., & Kərimova, İ.A. (2024). MÜALİCƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏRRAHİ YARA İNFEKSİYALARI TÖRƏDİCİLƏRİNİN XÜSUSİYYƏTLƏRİ . Azərbaycan Tibb Jurnalı, (2), 174–177. https://doi.org/10.34921/amj.2024.88.21.001

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ