DAĞINIQ SKLEROZ XƏSTƏLİYİNİN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Авторы

DOI:

https://doi.org/10.34921/amj.2024.37.98.001

Ключевые слова:

dağınıq skleroz, klinik-epidemioloji xüsusiyyətlər, β-interferon 1a

Аннотация

Məqalədə Bakı şəhəri əhalisində dağınıq sklerozun klinik-epidemioloji xüsusiyyətləri və aparılan müalicənin nəticələri haqda məlumat verilir. 2013-2020-ci illər müddətində 559 dağınıq sklerozlu Bakı şəhəri sakini müşahidəyə cəlb edilmişdir. Xəstələrdən 392 (70,1 %) nəfəri qadın və 167 (29,9 %) nəfəri isə kişi olmuşdur. Xəstəliyin diaqnozu 2010-cu ilin McDonald kriteriyaları əsasında qoyulmuşdur. Bütün pasiyetlərdə standart klinik nevroloji müayinə, əlillik dərəcəsini qiymətləndirilməsi şkalası (EDSS), baş və onurğa beynin MRT müayinəsi, törədilən görmə potensialları, qanın və onurğa beyni mayesinin biokimyəvi və immunoferment müayinəsi aparılmışdır. Statistik təhlil zamanı parametrik və qeyri-parametrik üsullardan istifadə edilmişdir. Aşkar olunmuşdur ki, Bakı şəhəri dağınıq sklerozun yayılmasına görə orta risk zonasına aid edilə bilər. Dağınıq skleroz üzrə xəstələnmə göstərici 2013-2019-ci illərdə ümumən stabil qalmışdır. Müəyyən edilmişdir ki, pasiyentlərin əksəriyyəti residivli dağınıq skleroz fenotipinə aiddir və bu fenotip xəstələrin daha cavan yaşda olması və xəstəliyin gedişini dəyişən preparatlara müsbət cavab reaksiyası ilə səciyyələnir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Quliyeva, A. (2024). DAĞINIQ SKLEROZ XƏSTƏLİYİNİN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 168–173. https://doi.org/10.34921/amj.2024.37.98.001

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ