AĞ SİÇOVULLARIN NAZİK BAĞIRSAQLARINDA LİMFOİD DÜYÜNLƏRİN NEOGENEZİNİN GENİŞ TƏSİR SPEKTRLİ ANTİBİOTİKLƏR VASİTƏSİLƏ İNDUKSİYASI

Müəlliflər

  • V.H. Hrın Poltava Dövlət Tibb Universiteti
  • N.L. Svintsitska Poltava Dövlət Tibb Universiteti
  • R.L. Ustenko Poltava Dövlət Tibb Universiteti
  • A.V. Pilyugin Poltava Dövlət Tibb Universiteti
  • O.S. Maksimenko Poltava Dövlət Tibb Universiteti
  • İ.L. Fedorçenko Poltava Dövlət Tibb Universiteti
  • A.L. Katsenko Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.43.83.001

Açar sözlər

limfoneogenez, qrupşəkilli limfa düyünləri, nazik bağırsaq, selikli qişa, geniş təsir spektrli antibiotik

Xülasə

Nazik bağırsağın limfoid düyünlərində geniş təsir spektrli antibiotiklərin induksiya etdiyi neogenez prosesini öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata kütləsi 200±20 q olan 60 baş erkək cinsli ağ siçovul daxil edilmişdir. Heyvanlardan 30 baş birinci – kontrol qrupunu, 30 baş isə əsas qrupu təşkil etmişdir. Əsas qrupdakı heyvanlarda klaritromisin yeridildikdən sonra nazik bağırsaqların limfoid düyünlərində törənən morfoloji dəyişikliklər kontrol qrupu ilə müqayisədə tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, nazik bağırsaqlarda qruplarla yerləşən və immun reaksiyaların inkişafı üçün zəmin yaradan limfoid törəmələr düyünlərinin sayına görə fərdi xüsusiyyət daşıyır və bu, bağırsaq möhtəviyyatının tərkibindəki antigenlərdən asılı olaraq, dəyişikliyə uğraya bilir. Bağırsaqların selikli qişasının və selikaltı bazal qatının limfoid törəmələri yeni yaranmış qrupşəkilli limfa düyünlərindən ibarət olur; onların yaranmasını geniş təsir spektrli antibiotik olan klaritromusinin bağırsaq mikrobiosenozunda törətdiyi pozuntularla izah etmək olar. Bundan əlavə, klaritromisin həm də immunotrop təsir xassəsinə malikdir. Antibiotikin tətbiqi zamanı immun sistemin ikincili (periferik) orqanları olan genetik determinasiyalı limfoid strukturların işçi kompensator hiperplaziyası müşahidə edilir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-07-28

Necə istinad edilir

Hrın, V., Svintsitska, N., Ustenko, R., Pilyugin, A., Maksimenko, O., Fedorçenko, . İ.L., & Katsenko, A. (2024). AĞ SİÇOVULLARIN NAZİK BAĞIRSAQLARINDA LİMFOİD DÜYÜNLƏRİN NEOGENEZİNİN GENİŞ TƏSİR SPEKTRLİ ANTİBİOTİKLƏR VASİTƏSİLƏ İNDUKSİYASI. Azərbaycan Tibb Jurnalı, (2), 148–154. https://doi.org/10.34921/amj.2024.43.83.001

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT