AZƏRBAYCANDA YAYILAN BƏZİ ACIÇİÇƏK NÖVLƏRİNİN ANTİBAKTERİAL VƏ ANTİFUNQAL TƏSİR XÜSUSİYYƏTLƏRİ

Авторы

  • A.İ. Qədimli Azərbaycan Tibb Universiteti
  • T.H. Süleymanova Azərbaycan Tibb Universiteti
  • C.İ. İsayev Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.65.47.001

Ключевые слова:

Acıçiçək cinsi, antibakterial fəallıq, antifunqal fəallıq

Аннотация

Məqalədə Gentiana septemfida Pall., G. cruciata L., və G. gelida M. Bieb. növlərinin yerüstü və yeraltı hissələrindən alınan metanollu ekstraktların antibakterial və antifunqal fəallığının öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Ekstraktların antibakterial və antifunqal xüsusiyyətləri ilkin mərhələdə disk/diffuziya üsulu, növbəti mərhələdə isə seriyalarla durulaşma üsulundan istifadə edilərək öyrənilmişdir. Aparılan mikrobioloji tədqiqat nəticəsində G. gelida bitkisinin kökünün St. aureus, G. septemfida otunun E.coli, G. septemfida otu və kökünün Ps. aeruginoza, G. cruciata otunun, B. anthracoides, G. gelida kökünün Kl. pneumoniae bakteriyalarına qarşı güclü antibakterial fəallığa malik olduğu, G. cruciata kökünün isə C. albicans kulturasına qarşı daha yüksək antifunqal təsiri aşkar edilmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Qədimli, A., Süleymanova, T., & İsayev, C. (2024). AZƏRBAYCANDA YAYILAN BƏZİ ACIÇİÇƏK NÖVLƏRİNİN ANTİBAKTERİAL VƏ ANTİFUNQAL TƏSİR XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 131–135. https://doi.org/10.34921/amj.2024.65.47.001

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT