BİRLƏŞDİRİCİ TOXUMA DİSPLAZİYASI SİNDROMU FONUNDA KƏSKİN KORONAR SİNDROMU OLAN PASİYENTLƏRDƏ KƏSKİN POSTİNFARKT ANEVRİZMASININ İNKİŞAF RİSKİNİN PROQNOZLAŞDIRILMASI
DOI
https://doi.org/10.34921/amj.2024.54.20.001Açar sözlər
anevrizma, kəskin koronar sindrom, diferensiasiya etməmiş birləşdirici toxuma displaziyası, homosistein, oksiprolinXülasə
Məqalədə kəskin postinfarkt ürək anevrizmasının inkişaf riskini proqnozlaşdırılmasına yardım edə biləcək alqoritm hazırlamaq məqsədilə birləşdirici toxumanın diferensiasiya etməmiş displaziyası sindromu (BTDEDS) fonunda kəskin koronar sindromlu 113 xəstənin tədqiqatının nəticələri təqdim edilir. Proqnozlaşdırma immunoferment analizi ilə qan plazmasında homosistein (Hcy), maqnezium (Mg), oksiprolin (ОР) və aşağı sıxlıqlı lipoprotein (ASLP) səviyyələrinin təhlili əsasında aparılmışdır. Əldə edilmiş məlumatların statistik təhlilini aparmaq üçün: IBM SPSS Statistika 28 və StatTech V. 3.1.8 (geliştirici-MMC "Stattech", Rusiya) proqramlardan istifadə edilib. Məlumatlar median və faiz (IU) şəklində təqdim edilir. Riyazi proqnozlaşdırma modeli hazırlamaq üçün ikili logistik reqressiya metodundan istifadə edilmişdir. Alqoritmin keyfiyyətini qiymətləndirmək üçün ROC (Receiver Operator Characteristic) əyrisindən istifadə edilmişdir. Yaradılmış riyazi proqnozlaşdırma modelinin keyfiyyətini qiymətləndirmək üçün Nagelkerk-in R-kvadratının əminlik ölçüsündən istifadə edilmişdir. Çoxsaylı logistik reqressiyanın köməyi ilə BTDEDS fonunda kəskin koronar sindromu (KKS) olan xəstələrdə kəskin postinfarkt ürək anevrizmasının inkişaf riskinin proqnozlaşdırıcıları müəyyən edilmişdir: homosistein (Hcy), Mg2+, oksiprolin (OP) və ASLP. Hcy səviyyələrinin hüdudları 20,25 mkmol/l; Mg2+ — 0,45 mmol/l; OP — 27,15 mmol/l olması proqnostik əlamət kimi qiymətləndirilmişdir, hazırlanmış alqoritm yüksək həssaslığa (93,6%), spesifikliyə (98.5%) və proqnozlaşdırıcı əhəmiyyətə (96,5%) malikdir ki, bu da onun klinik praktika üçün istifadəsini tövsiyə etməyə imkan verir
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


