COVID-19 XƏSTƏLİYİ KEÇİRMİŞ QADINLARDA UŞAQLIQ BOYNU MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİ

Авторы

  • A.V. Bondarenko Xarkov Milli Tibb Universiteti
  • İ.İ. Toryanik Ukrayna Milli Elmlər Akademiyasının İ.Meçnikov ad. Mikrobiologiya və İmmunologiya İnstitutu
  • M.V. Litvinenko Odessa Milli Tibb Universiteti
  • L.M. Larson Odessa Milli Tibb Universiteti
  • D.M. Bayazitov Odessa Milli Tibb Universiteti
  • O.V. Bondarenko Xarkov Beynəlxalq Tibb Universiteti
  • V.V. Gargin Xarkov Beynəlxalq Tibb Universiteti; Xarkov Milli Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.90.55.001

Ключевые слова:

qadın cinsiyyət sistemi, uşaqlıq boynu, COVID-19

Аннотация

Məqalədə COVID-19 xəstəliyi keçirmiş qadınlarda uşaqlığın xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə xəstəliyin ağır formasını keçirmiş qadınların uşaqlıq boynunun obyektiv əlamətləri (uşaqlıq yolundan gələn ifrazat, uşaqlıq yolu divarının sərtliyi, epitel qişasının tamlıĝı, selikli qişanın nəmliyi, uşaqlıq yolu mohtəviyyatinin pH-ı və sitoloji tipi) tədqiq edilmiş və bu əlamətlərin laborator göstəricilərlə qarşılıqlı əlaqəsi araşdırılmışdır. Tədqiqat göstərmişdir ki, keçirilmiş ağır gedişli COVID-19 uşaqlıq boynu ifrazatının həcminin dəyişməsi və tərkibinin pisləşməsi istiqamətində dəyişikliklər törədir; bu zaman xarici cinsiyyət orqanları nahiyəsində quruluq hissi yaranır, uşaqlıq yolu divarının elastikliyi azalır, epitel qişası nazikləşir. Sitoloji müayinədə estrogen çatışmazlığı əlamətləri, kif göbələkciklərinin təsirindən zədələnmə halları artır. Tədqiq edilən göstəricilərdən Creaktiv zülalla uşaqlıq yolu möhtəviyyatının pH-ı (r=0,70), D-dimerlə və uşaqlıq yolu möhtəviyyatının miqdarı (r=0,71), prokalsitoninlə möhtəviyyatın miqdarı (r=0,70), prokalsitoninlə uşaqlıq boynu ifrazatı (r=0,73), oksigen saturasiyası ilə uşaqlıq yolu möhtəviyyatı (r=0,71) arasında korrelyasion qarşılıqlı əlaqə müşahidə edilmişdir. Müəlliflərin fikrincə, COVID-19-un patogenetik mexanizmləri yerli immunitetin dəyişikliklərinə və disstresə səbəb olmaqla, uşaqlıq boynunda postkovid servikal transformasiya riski ilə müşayiət olunan yerli dəyişikliklərin formalaşmasına şərait yaradır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Bondarenko, A., Toryanik, İ.İ., Litvinenko, M., Larson, L., Bayazitov, D., Bondarenko, O., & Gargin, V. (2024). COVID-19 XƏSTƏLİYİ KEÇİRMİŞ QADINLARDA UŞAQLIQ BOYNU MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 64–71. https://doi.org/10.34921/amj.2024.90.55.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR