SOMATİK PATOLOGİYASI OLAN KİŞİLƏRDƏ EREKTİL DİSFUNKSİYANIN KLİNİK ƏLAMƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Авторы

  • R.S. Rzayev Avrasiya-Hospital

DOI:

https://doi.org/10.34921/amj.2024.16.90.001

Ключевые слова:

somatik patologiya, erektil disfunksiya, venoz erektil disfunksiya, arterial erektil disfunksiya, kardiovaskulyar xəstəliklər

Аннотация

Məqalədə somatik patologiyasi olan kişilərdə erektil disfunksiyanin klinik əlamətlərinin xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə tədqiqata 2015-ci ildən 2020-ci illər ərzində erektil disfunksiya (ED) diaqnozu qoyulan, yaşı 25-dən 65-ə qədər olan 117 pasiyent cəlb edilmişdir. Pasiyentlər 2 qrupa bölünmüşdür: I qrup – venoz ED olan xəstələr – 75 kişi və II qrup – qarışıq venoz-arterial ED olan xəstələr – 42 kişi. Tədqiqat göstərmişdir ki, qruplar üzrə ED-nin xüsusiyyətləri arasında olan fərqlərlə hemodinamika pozulmalarının şiddəti arasında asılılıq vardır. Venoz mənşəli ED olan xəstələr qrupunda 45 pasiyentdə (60,0±5,7% ) libido saxlanmışdır; qarışıq damar ED olan ikinci qrupda bu göstərici 1,48 dəfə aşağı olmuş və 40,5±7,6% (17 xəstə) təşkil etmişdir. I qrupda libidonun zəifləməsi 21 xəstədə (28,0±5,2%); II – qrupda – 16 pasiyentdə (38,1±7,5%) qeydə alınmışdır. Cinsi həvəsin olmamasına hər bir qrupda 9 nəfərdə rast gəlinmişdir. Bu isə birinci qrup üzrə 12,0±3,8%, II qrup üzrə 21,4±6,2% təşkil etmişdir, yəni II qrupda birinciyə nisbətən 7,8% çox olmuşdur. Xəstələrdə erektil funksiyanın tükənməsinin ağır formaları üstünlük təşkil etmişdir; friksiya zamanı ereksiyanın zəifləməsi və ya yox olması I qrupda xəstələrin 61,3±5,6%- də, II qrupda isə 42,9±7,6%-də qeydə alınmışdır. Ereksiyanın tamamilə olmamasına yalnız II qrupda olan xəstələrdə (8 nəfər, 19,0±6,1%) təsadüf edilmişdir. Yalnız I qrupda 17 pasiyentdə (22,7±4,9%) və II qrupda 12 xəstədə (28,6±7,0%) introeksiya ilə bərabər, zəifləmiş ereksiyalar müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Rzayev, R. (2024). SOMATİK PATOLOGİYASI OLAN KİŞİLƏRDƏ EREKTİL DİSFUNKSİYANIN KLİNİK ƏLAMƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 53–57. https://doi.org/10.34921/amj.2024.16.90.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR