TOTAL ARTROPLASTİKADAN SONRA HETEROTOPİK OSSİFİKASİYANIN BUD-ÇANAQ OYNAĞININ HƏRƏKƏT HƏCMİNƏ VƏ KLİNİK-FUNKSİONAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİ

Авторы

  • N.Y. Məmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.65.24.001

Ключевые слова:

displastik koksartroz, total artroplastika, heterotopik ossifikasiya

Аннотация

Məqalədə displastik koksartroza görə bud-çanaq oynağında həyata keçirilmiş total artroplastikadan sonra oynaqətrafı heterotopik ossifikasiya hadisələrinin rastgəlmə tezliyinin öyrənmək, onların oynağın hərəkət həcminə və klinik-funksional göstəricilərə təsirini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 2017-2019-cu illərdə bud-çanaq oynağının displastik koksartrozuna görə müraciət etmiş 28-79 yaşlı (orta yaş: 50,9±0,9 il) 135 xəstənin (125 qadın,10 kişi) cərrrahi müalicəsinin nəticələri əsasında aparılmışdır. 114 xəstənin (84,4%) yaşı 60-dan aşağı, 21 xəstənin yaşı isə (15,5%) yaş 60-dan yuxarı olmuşdur. Oynağın hərəkət göstəriciləri qoniometr vasitəsilə, hərəkət həcmi Merle d´Aubigne Postel metodu ilə, klinik şikayətlər WOMAC osteoartrit indeksindən istifadə edilməklə, funksionallıq Harris bud-çanaq şkalası (BÇŞ) üzrə, ağrıların lokalizasiyası və şiddəti isə Vizual Analog şkalası (VAŞ) ilə qiymətləndirilmişdir. Tədqiqat göstərmişdir ki, total artroplastikadan sonra 17 xəstədə (12,6%) oynaqətrafı heterotopik ossifikasiya (HO) baş vermişdir. Əməliyyatdan sonra 97 xəstədə (71,9%) bud - çanaq oynağı nahiyəsində ağrılar tamamilə aradan qalxmış, 37-xəstədə (27,4%) zəif, 1 xəstədə isə (0,7%) orta şiddətli ağrılar müşahidə edilmişdir. Yeriş parametrlərinin təhlilində əməliyyatdan əvvəl 7 xəstədə (5,2%) yerimənin tam itirilməsi, 128 xəstədə (94,8%) şiddətli axsama müəyyən edilsə də, total artroplastikadan sonra bütün xəstələrdə yerimə bərpa olmuş, onlardan 106 xəstədə (78,5%) axsama qeydə alınmamışdır. Yalnız 29 xəstədə (21,5%) yüngül (zəif) axsama müşahidə edilmişdir. Orta hesabla 18 aylıq müşahidə dövründə bütün pasientlərdə oynağın kinik-funksional göstəriciləri yaxşılaşmışdır. Əməliyyatdan sonra klinik şikayətlər WOMAC osteoartrit indeksinə görə 65 baldan 10-bala qədər azalmış, oynağın funksional göstəriciləri Harris bud çanaq şkalasına görə 10 baldan 75-bala qədər, Merle d´Aubigne Postel şkalası üzrə nəticələr 8 baldan 16-bala yüksəlmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Məmmədov, N. (2024). TOTAL ARTROPLASTİKADAN SONRA HETEROTOPİK OSSİFİKASİYANIN BUD-ÇANAQ OYNAĞININ HƏRƏKƏT HƏCMİNƏ VƏ KLİNİK-FUNKSİONAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (2), 40–46. https://doi.org/10.34921/amj.2024.65.24.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR