BÖYÜK MƏKTƏBYAŞLI UŞAQLARDA I TİP ŞƏKƏRLİ DİABET FONUNDA ÜRƏK RİTMİNİN VARİABELLİYİNİN DÖVRİ VƏ SPEKTRAL PARAMETRLƏRİNİN VƏZİYYƏTİ

Müəlliflər

  • İ.İ. İsayev Azərbaycan Tibb Universiteti
  • V.A. Mirzəzadə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • L.B. Sultanova Azərbaycan Tibb Universiteti
  • A.İ. Mustafayeva Azərbaycan Tibb Universiteti
  • S.K. Rəfiyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2021.3.008

Açar sözlər

şəkərli diabet, kardial avtonom neyropatiya, ürək ritminin variabelliyi

Xülasə

Məqalədə I tip şəkərli diabet (ŞD) olan böyük məktəbyaşlı uşaqlarda ürək ritminin variabellik xüsusiyyətlərini öyrənilmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqi­qata 64 nəfər böyük məktəbyaşlı uşaq cəlb edilmişdir. Bunlardan  44 nəfər 12-17 yaşlı I tip ŞD olan (19 qız, 25 oğlan) və 20 nəfər (10 qız, 10 oğlan) kontrol qrupa daxil  edilən müvafiq yaşlı prak­­tik sağlam uşaqlar cəlb edilmişdir. Xəstələr xəstəliyin davametmə müddətinə görə 2 yarım­qrupa bölünmüşdür: A yarımqrupuna davametmə müddəti 1-3 il (orta müddət 1,15±0,28 il) olan  17, B yarımqrupuna isə xəstəliyinin davametmə  müddəti 4 il və daha çox (orta davametmə müd­dəti 7,2±0,48 il) olan 27 məktəbli daxil edilmişdir  Bütün uşaqlarda ürək ritminin variabel­liyinin (ÜRV) parametrləri öyrənilmişdir: normal RR intervallarının orta davametmə  müddətindən standart kənaraçıxma (SDNN), normal RR intervallarının davametmə  müddətlərinin orta kvadratik fərqi (RMSSD), davametmə  müddətləri 50ms-dan çox fərqlənən RR intervallarının faizlə ifadəsi (pNN50%), ritmlərin yüksəktezlikli diapazonda gücü (HF), spektrin aşağıtezlikli diapazonda gücü (LF), spektrin çox aşağıtezlikli diapazonda gücü (VLF), simpato-vaqal indeks (LF/HF indeksi). I tip ŞD olan uşaqlarda hər iki qrupda sağlam uşaqlarla müqayisədə ÜRV göstəricilərində müəyyən dəyişikliklər müşahidə edilir: SDNN, pNN50%, RMSSD sağlam uşaqlardan aşağı olması; HF azalması, LF və LF/HF nisbətinin artması səciyyəvi olmuşdur.  Beləliklə, I tip ŞD olan uşaqlarda ÜRV göstəricilərinin təyini bu xəstələrdə kardial avtonom neyropatiyanın erkən diaqnostikasında mühüm rol oynayaraq, gələcəkdə ürək-damar sistemi patologiyasının ciddi ağırlaşmalarının profilaktikasında əhəmiyyətli ola bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

İsayev, . İ.İ., Mirzəzadə , V., Sultanova , L., Mustafayeva, . A., & Rəfiyeva , S. (2021). BÖYÜK MƏKTƏBYAŞLI UŞAQLARDA I TİP ŞƏKƏRLİ DİABET FONUNDA ÜRƏK RİTMİNİN VARİABELLİYİNİN DÖVRİ VƏ SPEKTRAL PARAMETRLƏRİNİN VƏZİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (3), 57–62. https://doi.org/10.34921/amj.2021.3.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR