KƏSKİN BRUSELLYOZLU XƏSTƏLƏRDƏ QARACİYƏR ZƏDƏLƏNMƏLƏRİ

Авторы

  • E.M. Hüseynov Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası

DOI:

https://doi.org/10.34921/amj.2024.45.31.001

Ключевые слова:

kəskin brusellyoz, hepatit, hepatomeqaliya, splenomeqaliya

Аннотация

Məqalədə kəskin brusellyozlu xəstələrin qaraciyərində baş verən dəyişikliklərin tədqiqinin nəticələri təqdim edilmişdir. Tədqiqata Bakı Klinikasına və Bakı Mərkəzi Klinik Xəstəxanasına tibbi yardım üçün brusellyoz diaqnozu ilə müraciət edən 120 xəstə cəlb edilib. Qaraciyərin vəziyyətini qiymətləndirmək üçün bütün xəstələrdə ümumi bilirubin, ALT, AST, ALP, GGT və LDH səviyyələrinin müəyyən edilməsi ilə biokimyəvi tədqiqat aparılıb. Abdominal orqanların ultrasəs diaqnostikası Voluson E8 General Electric cihazında 4-8 MHz RAB 4-8D həcmli 4D qabarıq çoxtezlikli sensordan istifadə edilməklə də həyata keçirilib. Kontrol qrupuna 30 praktik sağlam şəxs daxil edilib. Əsas qrupda ALT səviyyəsi kontrol qrupuna nisbətən 1,9 dəfə, AST səviyyəsi isə demək olar ki, 2,5 dəfə yüksək olmuşdur. Xəstələrdə AST səviyyəsinin yüksək olması ürək-damar sistemi (ÜDS) xəstəliklərinin yüksək rastgəlmə tezliyi ilə əlaqədar ola bilər. Brusellyozlu xəstələr arasında normal ALT səviyyəsi əhəmiyyətli dərəcədə (p<0,05) daha tez-tez, yəni xəstələrin 64,15%-də (77 xəstə), yüksək səviyyə isə 35,83% (43 xəstə) qeydə alınıb. AST səviyyəsi xəstələrin 40,00%-də (48 xəstə) və 60,00%-də (72 xəstə) normal olmuşdur. Ultrasəs müayinəsi kəskin brusellyozlu xəstələrdə qaraciyər və dalağın zədələnməsi, yəni hepatit, qaraciyər sistası və dalaq absesi olduğunu göstərmişdir. Bir xəstədə xronik qeyri-kalkulyoz xolesistitin əlamətləri də qeydə alınıb. Hepatomeqaliyanın aşkarlanma tezliyi 40,83%, splenomeqaliyanınkı isə – 47,50% təşkil edib.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Hüseynov, E. (2024). KƏSKİN BRUSELLYOZLU XƏSTƏLƏRDƏ QARACİYƏR ZƏDƏLƏNMƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 10–15. https://doi.org/10.34921/amj.2024.45.31.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR