AĞIZ SUYU VƏZİSİNİN XOŞ- VƏ BƏDXASSƏLİ ŞİŞLƏRİ FONUNDA YARANAN SİALOLİTİAZIN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • Ye.V. Kuzenko Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • E.O. Dyaçenko Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • S.N. Danilçenko Ukrayna MEA-nın Tətbiqi Fizika İnstitutu
  • R.A. Moskalenko Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • İ.A. Tkaçenko Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • K.A. Sikora Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • O.A. Antonov Sumı Vilayəti Stomatoloji poliklinikası
  • A. Poddubnıy Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu
  • O. Kuzenko Sumı Dövlət Universiteti nəzdində Tibb İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2024.1.024

Açar sözlər

ağız suyu vəziləri, xoşxassəli şişlər, bədxassəli şişlər, qulaqaltı vəzi, sialolitiaz, kalsifikasiya, skanerləşdirici elektron mikroskopiya

Xülasə

Məqalədə ağız suyu vəzilərində daşların əmələ gəlməsinə səbəb olan amilləri müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatda xoşxassəli və ya bədxassəli şişlərlə birlikdə biomineral törəmələri olan 20 ağız suyu vəzisi nümunəsindən istifadə edilmişdir. Strukturunda dəyişiklik olan vəzilərdə kalsifikatların yaranmasının patogenezini daha yaxşı aydınlaşdırmaq üçün histoloji və immunhistokimyəvi analizlər (kəskin və xronik iltihab markerlərinin və apoptozun inisiatorlarının öyrənilməsi ilə birlikdə), həmçinin sialolitlərin mikroelementlərə görə analizi aparılmışdır.
Müəyyən edilmişdir ki, şiş prosesinin olduğu şəraitdə sialolitiazın yaranmasında iltihabi proses, pH səviyyəsinin dəyişməsi və mineral maddələrin müəyyən ardıcıllıqla çöküntüyə keçməsi kimi amillər iştirak edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-03-28

Necə istinad edilir

Kuzenko, Y., Dyaçenko, E., Danilçenko, S., Moskalenko, R., Tkaçenko, İ.A., Sikora, K., … Kuzenko, O. (2024). AĞIZ SUYU VƏZİSİNİN XOŞ- VƏ BƏDXASSƏLİ ŞİŞLƏRİ FONUNDA YARANAN SİALOLİTİAZIN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 156–163. https://doi.org/10.34921/amj.2024.1.024

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT