AŞAĞI ƏTRAFLARINDA DİABETİK ANGİOPATİYA VƏ DİABETİK PƏNCƏ SİNDROMU OLAN XƏSTƏLƏRDƏ ENDOLİMFATİK DƏRMAN TERAPİYASININ FUNKSİONAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİ

Müəlliflər

  • Z.İ. Rzayev Azərbaycan Tibb Universitetinin
  • İ.T. Аxundov Azərbaycan Tibb Universitetinin
  • Ş.F. İbrahimli Azərbaycan Tibb Universitetinin
  • F.İ. İslamzadə Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2024.1.015

Açar sözlər

diabetik pəncə sindromu, endolimfatik terapiya

Xülasə

Aşağı ətrafların diabetik angiopatiyasının (AƏDA) II-IV mərhələsi və diabetik pəncə sindromu (DPS) olan xəstələrdə funksional göstəricilərə endolimfatik dərman terapiyanın təsirini öyrənmək üçün 2 qrupa bölunmuş 105 xəstədə tədqiqatlar aparılmışdır. 1-ci kontrol qrup - ənənəvi müalicə almış 60 xəstə; 2-ci - əsas (196 sutkalıq seans: endolimfatik üsulla antikoaqulyant, dezaqreqant, antibakterial, limfostimulyant və detoksifikasiyaedici müalicə) və əlavə endolimfatik dərman terapiyası (EDT) almış 45 xəstə.
Preparatlar AƏDA mərhələsi və DPS klinik ağırlığına əsasən minimal birdəfəlik, ya da sutkalıq (sutkada 1 dəfə 40-60 ml/s) 3-14 gün ərzində ayaq pəncəsi və ya baldırda limfa damarına yeridilmişdir. Bütün xəstələrdə AƏDA mərhələsinin, magistral damarların keçməzliyi və keçirilmis müalicənin effektliyinin təyini üçün aşağı ətrafların qan dövranının instrumental (reovazo-, termoqrafiya, ultrasəs doppleroqrafiya) müayinələr keçirilmişdir.
II-IV mərhələli AƏDA və DPS olan xəstələrdə EDT-nin tətbiqi periferik qan dövranının funksional göstəricilərinin, mikrosirkulyasiyanın və toxuma mübadiləsinin yaxşılaşmasına, iltihabi proseslərin ləngiməsinə, reparativ proseslərin güclənməsinə, trofik xoraların və əməliyyatdansonrakı yaraların sağalmasının tezləşməsinə, kompleks müalicənin nəticələrinin əsaslı yaxşılaşmasına gətirib çıxarır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-03-28

Necə istinad edilir

Rzayev, Z., Аxundov İ.T., İbrahimli, Ş.F., & İslamzadə, F. (2024). AŞAĞI ƏTRAFLARINDA DİABETİK ANGİOPATİYA VƏ DİABETİK PƏNCƏ SİNDROMU OLAN XƏSTƏLƏRDƏ ENDOLİMFATİK DƏRMAN TERAPİYASININ FUNKSİONAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (1), 96–102. https://doi.org/10.34921/amj.2024.1.015

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR