AUTOİMMUN TİROİDİT XƏSTƏLİYİ OLAN UŞAQLARDA MİKROELEMENTLƏRLƏ İMMUN SİSTEM GÖSTƏRİCİLƏRİ VƏ TİROİD STATUS ARASINDA QARŞILIQLI ASILILIQ

Müəlliflər

  • G.İ. Cəbrayılova Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2024.1.002

Açar sözlər

autoimmun tiroidit, mikroelementlər, immun sistem

Xülasə

Məqalədə uşaqlarda autoimmun tiroidit zamanı qan serumunda mikroelementlər (selen, sink, mis) və sidikdə yod, immun göstəricilər (iltihabtörədici sitokinlər: TNF-α, IL-1β, IL-6, T hüceyrələr: CD3+, CD4+, CD8+, CD19+), tiroid hormonlar (TSH, sT3, sT4) və eləcə də tiroid anticisimlər (Anti-TPO, Anti-TQ) arasında korrelyasiya əlaqəsinin öyrənilməsi haqqında məlumat verilir. Tədqiqata autoimmun tiroidit diaqnozu ilə 83 nəfər uşaq daxil edilmişdir. Uşaqların qan serumunda selen mikroelementinin səviyyəsi Varian AA240-Duo Zeeman atom-absorbsion spektrometrində, mis və sink mikroelementi StatFax aparatında kolorimetriya metodu ilə, sidikdə yod yüksək həssas və selektiv fotometrik metodla, immun göstəricilər - T (CD3+), T-helher/induktor (CD4+) və B limfositlərin (CD19+), T supressor-sitotoksik (CD8+) limfositlərin tədqiqi axın sitofluorimetriya üsulu ilə, iltihabtörədici sitokinlərdən interleykin-1 (IL–1), interleykin-6 (IL–6) və TNF-α-nın konsentrasiyası sərtfazalı İFA metodu ilə, sərbəst tiroksinin (sT4), triyodtironinin (sT3) və tiroidstimulyasiyaedici (TSH) hormonunun konsentrasiyası radioimmun analizin (RİA) köməyilə təyin edilmişdir. Anticisimlərin (Anti-TPO və Anti-TQ) təyin edilməsi üçün hemaqqlütinasiya reaksiyasından istifadə edilmişdir. Tədqiqat nəticəsində, mikroelementlərlə immun göstəricilər, sitokinlər, tiroid hormonları və eləcə də tiroid anticisimləri arasında korrelyasiya əlaqələri aşkarlanmışdır. Qan serumunda selenin qatılığı, iltihabtörədici sitokinlərin və tiroid anticisimlərinin qatılığı arasında əks-korrelyasiya müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-03-28

Necə istinad edilir

Cəbrayılova , G. (2024). AUTOİMMUN TİROİDİT XƏSTƏLİYİ OLAN UŞAQLARDA MİKROELEMENTLƏRLƏ İMMUN SİSTEM GÖSTƏRİCİLƏRİ VƏ TİROİD STATUS ARASINDA QARŞILIQLI ASILILIQ. Azərbaycan Tibb Jurnalı, (1), 13–17. https://doi.org/10.34921/amj.2024.1.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR