ADENOMİOZ VƏ REPRODUKTİV FUNKSİYA POZULMALARI OLAN XƏSTƏLƏRDƏ KLİNİK VƏ DİAQNOSTİK ƏLAMƏTLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI

Müəlliflər

  • Z.S. Hüseynova Ş.Ələsgərova adına 5 saylı doğum evi

DOI

https://doi.org/10.34921/amj.2022.1.007

Açar sözlər

adenomioz, uşaqlığın xoşxassəli patologiyaları, reproduktiv funksiya pozulmaları, sonsuzluq, düşüklər

Xülasə

Məqalədə adenomiozu olan qadınlarda reproduktiv funksiya pozulmalarının xarakterini, klinik əlamətlərini və diaqnostik xüsusiyyətlərini müəyyən etmək, uşaqlığın digər xoşxassəli patologiyalarında rast gəlinən reproduktiv funksiya pozulmaları ilə fərqli və ya oxşar cəhətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata 250 qadın daxil edilib və 3 qrupa bölünüb: 1-ci qrup – adenomioz və reproduktiv funksiya pozulmaları olan qadınlar (35 qadın), 2-ci qrup – uşaqlığın digər xoşxassəli patologiyaları (uşaqlıq miomaları, endometriumun hiperplaziyası, endometriumun polipi) və reproduktiv funksiya pozulmaları olan qadınlar – (165 qadın), 3-cü qrup (kontrol) – praktik sağlam qadınlar (50 qadın).
Tədqiqat göstərmişdir ki, adenomiozlu xəstələr arasında gec reproduktiv yaş dövrünə aid olanlar daha çox idi, onlar hipertenziya və neyrosirkulyator distoniyaya meylli olur, onlarda dismenorreya xarakterli aybaşı pozulması, qanda estradiolun səviyyəsinin yüksək olması və qanın laxtalanma sisteminin aktivləşməsi digər qruplara nisbətən üstünlük təşkil edir. Endometriumda xronik iltihabın və patoloji ocağın yerləşməsindən asılı olaraq uşaqlıq arteriyasının hemodinamik göstəricilərində dəyişiklik müşahidə edilib. Adenomioz olan qrupda sonsuzluğun müddətinin uzanması, adəti düşüklərin daha çox rast gəlinməsi digər qruplara nisbətən üstünlük təşkil etmişdir.
Beləliklə, reproduktiv funksiya pozulmaları olan adenomiozlu xəstələrdə klinik əlamətlərin qiymətləndirilməsi və xəstəliyin vaxtında diaqnostikası müalicənin düzgün istiqamətinə, reproduktiv istəyin reallaşmasına şərait yaradır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Hüseynova, Z. (2022). ADENOMİOZ VƏ REPRODUKTİV FUNKSİYA POZULMALARI OLAN XƏSTƏLƏRDƏ KLİNİK VƏ DİAQNOSTİK ƏLAMƏTLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI. Azərbaycan Tibb Jurnalı, (1), 44–51. https://doi.org/10.34921/amj.2022.1.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR