AŞAĞI ƏTRAFLARDA OLAN XRONİK YARALARIN VAKUUM-TERAPİYA ÜSULU İLƏ MÜALİCƏSİ: KLİNİK ƏLAMƏTLƏRİN VƏ BİOLOJİ ZARLARIN GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.008Açar sözlər
bioloji zarlar, xronik xora, vakuum-terapiya, cərrahi müalicəXülasə
Məqalədə xronik yaralarda olan bioloji zarlara mənfi atmosfer təzyiqinin təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata aşağı ətraflarında olan xronik yaraya görə müayinə və müalicə almış, yaşı 45-lə 75 arasında olan 75 xəstə cəlb edilmişdir. Mikroorqanizmlərin identifikasiyası üçün MALDİ-TOF spektroskopiya (“Bruker” Almaniya firmasının istehsalı olan aparat vasitəsilə) üsulundan istifadə edilmişdir. Bioloji zarların əmələ gəlməsinin rəqəmli parametrləri Stat Fax 2100 fotometri vasitəsilə müəyyənləşdirilmişdir.
Xəstələrdən 72%-nin xronik yaralarında mikrob zarları müşahidə edilmişdir. Xronik infeksiyanın törədiciləri arasında Qram-mənfi və Qram-müsbət bakteriyaların müxtəlif növləri aşkar edilmişdir, ən çox yayılmış mikroorqanizmlər isə Stafilokoklar qrupuna aid olmuşdur. Vakuum-terapiyanın cərrahi müalicə və antibakterial terapiya ilə birgə tətbiqi bioloji zarların bərpasının qarşısını almış və yaraların sonrakı infeksiyalaşmasını aradan qaldırmışdır. Bu isə xronik yara probleminin radikal həllinə imkan verir və müalicə alan xəstələrdə yaraların sağalmasına 100 % -li şərait yaradır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


